Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN: Badamdarda dağlıq ərazidə yanğın 10 hektar sahəni əhatə edib, kol-kos, ağac, plastik su boruları yanıb
FHN: Badamdarda dağlıq ərazidə yanğın 10 hektar sahəni əhatə edib, kol-kos, ağac, plastik su boruları yanıb

İyulun 25-də gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

FHN-dən Bizimyol.info-ya verilən məlumata görə, hadisə barədə 00:10-da daxil olmuş məlumat əsasında 00:20-də ilk yanğından mühafizə bölmələri hadisə yerinə çatıb. Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində havanın küləkli olmasına baxmayaraq, yanğın geniş əraziyə yayılmasının, yamacın yuxarı və aşağı hissələrində yerləşən yaşayış evlərinə tərəf genişlənməsinin qarşısı alınaraq saat 01:10-da söndürülüb.

Yanğın nəticəsində, təqribən, 10 hektar sahədə quru ot və kol-kos, bir neçə yeni əkilmiş ağac, suvarma sistemləri üçün nəzərdə tutulmuş plastik su boruları 100 p.m. yanıb.

Qeyd edək ki, sürüşmə zonası olan ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınla mübarizə tədbirlərində yanğın texnikalarının tətbiq edilməsi mümkün olmadığından yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.

Hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ərazidə olub.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »