Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nikol Paşinyan xarici siyasət kursunu dəyişir...”
“Nikol Paşinyan xarici siyasət kursunu dəyişir...”

“Hökumətdə bu yaxınlarda keçirilən kadr dəyişiklikləri nəzərə alsaq, elə təsəvvür yaranır ki, Nikol Paşinyan xarici siyasət kursunu dəyişir”, - Ermənistanda nəşr edilən “Qraparak” qəzeti yazır.

Məqalədə deyilir ki, əsas sahələrə Rusiyaya qarşı mövqe tutan şəxslər rəhbər təyin olunur. Paşinyan Vaqarşak Arutünyan kimi rusiyapərəst kadrları işdən çıxarır və onların yerinə Qərb mərkəzləri tərəfindən idarə olunan qüvvələri gətirir. Bəzən isə bu vəzifələrə düşmən dövlətlərin xüsusi xidmətləri ilə əlaqəli şəxslər təyinat alırlar.

“Bizim hakimiyyətin bu cür hərəkətləri Rusiya və rusiyapərəst dairələrin diqqətindən yayınmır, bu haqda sülhməramlılar da deyir. Sünikdə yerləşən Rusiya sülhməramlıları erməni əhalisi ilə danışanda artıq öz narazılıqlarını gizlətmir. Onlar deyirlər ki, Ermənistan-Azərbaycan sərhədində müşahidə olunan gərginlikdə Ermənistanın rəhbərliyi günahkardır, çünki hakimiyyətdəkilər Rusiyanın öz vəzifəsini yerinə yetirmədiyi barədə təsəvvürü yaratmaqdan ötrü əlindən gələni əsirgəmirlər. Bu isə yalnız bir məqsədlə edilir– regiona Qərb ordusunu gətirmək”,-qəzet yazır.

Qəzetin yazdığına görə, təsadüfi deyil ki, iki gün əvvəl Ermənistandakı Fransa səfiri Parisin Ermənistanın müdafiə sahəsində yardım məsələsi ilə bağlı təklifini müzakirə edəcəyini deyib. “ Söhbət regiona Minsk Qrupu ölkələrinin qoşunlarının yeridilməsindən gedir”, - “Qraparak” belə yazır.(virtualaz.org)

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Fəaliyyətinə icazə verilən qapalı məkanlara yalnız COVID pasportu olanlar buraxılacaq
Son xəbərlər
Bütün xəbərlər »