Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalxan qiymətlər, azalan imkanlar – Yay yox, toylar yandırır
Qalxan qiymətlər, azalan imkanlar – Yay yox, toylar yandırır

2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişad, ad günü və s.) keçirilməsinə icazə verildi. 2 ildir bu günü səbirsizliklə gözləyən ailələr “yenidən bağlanar” qorxusu ilə əl- ayağa düşdülər, təcili dəvətnamələr yazıldı.

Toylar quruldu. Amma bu dəfə xına o xınadan olmadı. Girdiyin şadlıq sarayına covid pasportu ilə girirsən, yoxlamalar, nəzarətlrə, ev sahibini səksəkədə saxlayan cərimə dərdi. Toy sahibi “amandır birdən çağırdığımdan çox qonaq gələr, əldə edəcəyim 5-10 manat mənfəəti də cərimə verərəm” dərdindədir. Üstəlik 50 nəfərdən çox məclis edənlər gərək qonaqların ağzına da nəzarət edə- maskada otursunlar deyə. Sanki illər öncə dədə- babalarımız “elin ağzı torba deyil ki, büzəsən bağlana” deyimini bu günləri görüb deyiblərmiş (hərçənd başqa dövrdə başqa anlamlar üşün işlədilmiş məsəldir).

İkinci dərd bahalıqdı. Qiymətlər qalxıb, təbii ki şadlıq evləri və toy dəstgahına daxil olan müğənnilər, musiqiçilər də qiymətləri yüksəldiblər.Hələ mən bu bahalıqda cibin küncündə bucağında əriyən maaşla fonunda qoşa-qoşa gələn dəvətnamələri demirəm. Yığılıb qalmış məclisə görə bir aya 10 toy dəvəti alan insanlar da var. Hər birinə ən az 100 manat nəmər salmaq üçün imkanlar yetmir. ( daha 50 manatla bu iş həll olunmur). Hamıya xoşbəxtlik diləsən də, bu xoş gündə iştirak üçün gərək kredit götürəsən.Kimsə evlənir, sən banka borca düşürsən.

Manat - Maaş

Danılmazdır ki, şənlik mərasimlərinin keçirilməsinə qoyulan qadağa ən çox müğənnilərə zərər vurub. İndi onlar da itkilərin əvəzini bir yolla örtməyə çalışırlar. Qiymət barədə soruşanda çoxusun ya danışmaq istəmir ya da “Qiymət məsələsində şəraitə baxırıq. Toy əgər yaxşı yerdə edirsə, imkanlı şəxsdirsə uyğun olaraq qiymət qalxır, imkansız adamları da nəzərər alırıq, bizi məclisində görmək istəyənləri əliboş qaytarmırıq” deyirlər. Bu il üçün məclis başlayandan qurtaranadək toy idarə etmənin qiymətləri 2500-20000 manat arasında dəyişir. Ən insaflı müğənnilər Damla, Şəbnəm Tovuzlu sayıla bilərlər. 3000 manat civarında ödənişlə onların iştirakından feyziyab olmaq mümkündür. Elit Star Cəmilə 500 manatla da məclisi yola verər.Bahalı qiymətlərlə Brilyant Dadfaşova, Zamiq, Nuri Sərinləndirici,Xəyyam Nisanov dodaq uçuqladırlar. Qiymətlər 10,15 və 20 min civarındadır.

Şadlıq evlərinin administratorları yaranan bahalıqdan gileylidirlər.” Bayaqdan böyük 500 nəfərlik zallarda kondisioner, işıq yandırılırdı, indi bu 50-150 nəfər üçün edilir. Qiymətlər hər müştəri üçün 5-10 manat civarında qalxıb. Təkbaşına düşünəndə böyük rəqəm sayılmaz, amma bunu çoxlu saytda müştəri üçün nəzərdə tutanda böyük məbləğ edir”- deyirlər.

Şadlqı saraylarının heç də hamısında qorxulduğu kimi qiymətlər od tutub yanmır. Amma müəyyən bahalaşma təbii ki var. Hər cür cibə uyğun menyular təqdim edirlər.40 manatdan 200 manata qədər menyu təklif edən şadlıq evləri mövcuddur. Açıq havada kiçik məclislər üçün 50-60 manatlıq menyular təqdim olunur.Toy iştirakçılarının sayı artıqca qiymətlər azalır və əksinə azaldıqca artır. Musiqi, dekor, video üçün qiymətlər isə əlavədir.

Bir yaxın qohumumuz həmişə toydan söz düşəndə deyərdi ki, toyun adını toy qoyublar ki, toy sahibinin ürəyi partlamasın. Ağır xərcləri var, hər kəsi məmnun yola salmaq var. O böyüklükdə məclisi dava- şavasız, hadisəsiz yola vermək var.

Bütün bunlar öz yerində Pandemiya bizə əslində həddən artıq təmtəraqlı, israfçı məclislərdən əl çəkməyi öyrətdi, məcbur qalmasaq buna gedəsi deyildik. Madam ki, başlamışıq, elə bu qaydalarla davam edib, yığcam məclislərlə toy- düyün ənənəsinə davam edə bilərik. Ən əzizlərin əhatəsində ən səmimi, ən şən məclis yaxşıdır, yoxsa kiminsə kimisə tanımadığı, soyuq üzlə, ədayla bir -birlərinə baxıb hava atıqları məclis? Ən önəmlisi qurulan ailənin möhkəm olması, sevgiyə söykənməsi deyilmi?

İlhamə

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »