Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Professor: Dünyanı övladı olamyan liderlərə etibar etmək olmaz
Professor: Dünyanı övladı olamyan liderlərə etibar etmək olmaz

“Dünyanın ən nüfuzlu dövlətlərini idarə edən liderlərin övladları yoxdur.

Fransa prezidenti Makronun, Almaniya Konsleri Angela Merkelin, Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerin, Britaniyanın sabiq baş naziri Tereza Mey, Şotlandiya, Hollandiya, İsveçrə, Lüksemburq liderlərinin övladları yoxdur. Avstriya baş naziri ümumiyyətlə yeni dünya qanunlarına tabe olaraq həmcinsi ilə evlidir”. Bu fikirləri Rusiya telekanılında çıxış edən professor Mixail Laytman dilə fətirib.

“Başqa sözlə desək Avropanın gələcək taleyi barədə qərarlar verən şəxslərin övladları yoxdur”.

Professor Mixail Laytman hesab edir ki, bu ona səbəb olacaq ki, bu adamları dünyanın gələcəyi yox, indiki zamanda mövcud olan problemlər maraqlandırır. Bir ananın övladı varsa, o özündən çox balası üçün narahat olur, insan ümumiyyətlə övladlarının gələcəyi naminə səylər göstərir, qurur yaradır, gələcəyə ehtiyat toplayır.

Mixail Laytman Mixail Laytman

“Biz dünyanı kimə etibar eləmişik?Uşaqlarımızın, nəvələrimizin taleyini övlad və gələcəyə dair hissləri olmayan insanlara tapşırmışıq.Bu insanlar bir yerə toplaşır, qərarlar verirlər. Baxın onlar nələr etdilər. Onların verdiyi qərarlar əsasında nə qədər dövlətlər məhv oldu, müharibələr başladı, dövlətlərin gələcək borcları inanılmaz dərəcədə artdı. Mən bu düşüncədəyəm ki, dünyanı övladı olmayan isanlara etibar etmək olmaz. Çünki onları, xalqların, insanların, bəşəriyyətin gələcək taleyi deyil, sadəcə bu gün və öz maraqları narahat edə bilər. Alt şüur olaraq, instinktiv olaraq onları gələcək nəsilllərin nələr yaşaya biləcəyi narahat etmir”,- deyə professor qeyd edib.

O həmçinin keçmişə nəzər salaraq qeyd edib ki, dünyanın taleyində əhəmiyyətli rol oynamış Marks, Lenin, Hitler kimi liderlərin də övladları olmayıb. “Onların psixoloji portretini çəkəndə aydın olur ki, bu insanlar uşaqkən yaşadıqları hansısa əizyyətə görə sadəcə dünyadan və insanlardan intiqam almaq ruhu ilə yaşayıblar”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »