Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bütün sakinlərinin bir binada yaşadığı şəhər - Foto
Bütün sakinlərinin bir binada yaşadığı şəhər - Foto

Alyaska ABŞ-ın ən şimal və böyük ştatı sayılır. İlin əksər günlərində burada hava soyuq olur. Məhz iqlimə görə ərazisi 1.7 milyon kvadratkilometri keçən ştatın əhalisi heç 800 min nəfərə çatmır. Alyaskada sakinlərinin sayı 10 mini keçən cəmi 4 şəhər var.

Bizimyol.info xəbər verir ki, Uittierdə 318 nəfərin yaşadığı bildirilir. Özü də şəhərin bütün sakinləri bir binada məskunlaşıb. Şəhərdə, demək olar, hamı yeganə 14 mərtəbəli binada yaşayır. Bura Beqiç qülləsi adlanır. Binada polis bölməsi, klinika, kilsə və camaşırxana da yerləşir.

Uittier şəhəri, ABŞ Uittier şəhəri, ABŞ

Uittierin tarixi heç 80 ili keçmir. Beqiç qülləsi 1956-cı ildə təhvil verilib. Ümumiyyətlə, şəhər hərbçilərin məskəni sayılıb. Binanın təyinatı kazarma olub. Beqiç qülləsində 150 mənzil yer alıb.

Uittierdə Bakner qülləsi adlanan başqa binaya da rast gəlmək mümkündür. Amma bu tikili indi tamamilə istifadəsiz qalıb. 1964-cü ildə böyük zəlzələyə səbəb olmuş sunami şəhərdə çox şeyi dəyişib. Təbii fəlakət 13 nəfərin həyatına son qoymuşdu. Onda dalğaların hündürlüyü 13 metrə yüksəlmişdi. Məhz sunamidən sonra Bakner qülləsi istifadəyə yararlı sayılmayıb.

1960-cı ilin statistikasına görə, Uittierdə 809 nəfər yaşayıb. Amma böyük zəlzələ şəhərin təyinatını da dəyişib. Hərbçilər buranı tərk edib. Daha çox liman işçiləri ailəsi ilə Uittierdə qalıb.

Yayda buralarda turistlərə rast gəlmək olur. Amma pul qazanmaq istəyən hər kəs Uittierdə iş tapa bilmir. Bəzisi Alyaskanın ən böyük şəhəri sayılan Ankoricə üz tutmaq məcburiyyətində qalır. Xüsusi tunellə ora 105 kilometr məsafə qət etmək lazım gəlir. Gedişhaqqı da yetərincə yüksəkdir. Ankoricə səfər uittierlilərə 12 dollara başa gəlir.

Uittierdə nadir hallarda isti olur. Şəhər sakinləri zarafatla deyirlər ki, günəşi görmək üçün Ankoricə getmək lazımdır. Qış sərt keçir. Yayda isə xeyli yağış yağır.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› Şeyxülislam İranın ali rəhbərinin nümayəndəsinə cavab verib
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
Son xəbərlər
Bütün xəbərlər »