Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş qərargah rəisinin kim olması niyə vacibdir?
Baş qərargah rəisinin kim olması niyə vacibdir?

Məlum olduğu kimi, Prezident, Silahlı Qüvvələrin Ali Baş Konamdanı İlham Əliyevin sərəncamı ilə general-leytenant Kərim Vəliyev müdafiə nazirinin müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunub. Bundan əvvəl həmin vəzifəni general-polkovnik Nəcməddin Sadıqov tuturdu.

Bəs Baş Qərargahın funksiyası nədir? Onun rəisinin kimliyi niyə bu qədər önəmlidir?

Vikipediya ensiklopediyasına görə, Baş Qərargah Silahlı Qüvvələrin hərbi heyəti, Silahlı Qüvvələr Administrasiyasının mərkəzi orqanıdır. Müdafiə Nazirliyi yanında silahlı qüvvələrin operativ idarə olunmasına nəzarət edir. Yəni hərbi heyətin təlimlərindən döyüş əməliyyatlarına qədər bütün planlar orda işləninb hazırlanır və əmrlər verilir.  Yəni Prezident Administrasiyası necə ölkənin gündəlik idarəçiliyinə cavabdehdirsə, Baş Qərargah da ordu üçün o deməkdir.

Azərbaycan ordusunun Baş Qərargahının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. İlk Baş Qərargah “Ümumi Qərargah” adı altında hərbi nazir Səməd bəy Mehmandarovun 15 noyabr 1918-ci il tarixli əmri ilə yaradılıb. Daha sonra isə 424-cü korpusun baş qərargah rəisi, polkovnik Həbib bəy Səlimov orduya Baş Qərargah rəisi təyin edilib. Noyabrın sonunda Baş Qərargah Gəncə şəhərinə köçərək orda fəaliyyətini davam etdirmişdi. 1920-ci ilin martında hərbi islahatlar çərçivəsində Ərkani-hərblə Ümumi Qərargahla bir arada birləşdirildi. Həbib bəy Səlimov yeni yaradılmış qərargaha rəis təyin edildi.

Baş Qərargah faktik yarımmüstəqil qurum kimi fəaliyyət göstərib. Onun keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıqov məlumatlı çevrələrdə daha çox Rusiyaya, hətta bəzi versiyalar görə, Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinə bağlı zabit olub. Bu səbəblərdən, onun həmin vəzifədən uzaqlaşdırılması da asan olmadı. Eyni hal Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevlə də baş vermişdi. O, Təhlükəsizlik Şurasının katibi vəzifəsini də əldə edərək faktik olaraq ölkənin həm mülki, həm hərbi hakimiyyətinə, eləcə də, hüquq-mühafizə və xüsusi xidmət orqanlarına nəzarət edirdi.  Silahlı Qüvvələrin Baş Qərargah rəisi də öz vəzifəsinə görə mühüm post sayılır. Bu vəzifəyə təyinat da birbaşa Prezidentin səlahiyyətinə daxildir.

Onu da xatırladaq ki, 1993-cü ilin iyun-oktyabr ayları ərzində Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı  rayonları Ermənistan adı altında işğal olunduğu zaman müdafiə naziri vəzifəsini Baş Qərargah rəisi, polkovnik Şahin Musayev daşıyırdı. Məhz onun 04 iyul 1993-cü tarixli əmri ilə 33 döyüş batolyonu ləğv edilmiş, Azərbaycan ordusu düşmən qarşısında daha da zəif salınmışdı. Şahin Musayevin Moskvaya bağlılığı heç kimdə şübhə doğurmurdu. Oxşar addımları zaman-zaman Nəcməddin Sadıkov da atıb; hər halda bu haqda mediada, sosial şəbəkələrdə kifayət qədər məlumatlar var. Bütün bunları nəzərə alanda Baş Qərargah rəisi postunun strateji əhəmiyyəti daha da aydın olur. Bu vəzifəyə yeni təyin olunmuş Kərim Vəliyevə gəlincə, onu döyüş generalı olduğu və Azərbaycan dövlətnə sədaqəti haqda danışılır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »