Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Avropanın Ermənistana yardımları bəhrə verməyəcək”
“Avropanın Ermənistana yardımları bəhrə verməyəcək”

“Azərbaycan Prezidentinin son müsahibəsindəki fikirlər bir daha təsdiqlədi ki, Avropa İttifaqında söz sahibi olan dairələr həqiqəti görməkdən uzaqdırlar”.

Bu sözləri Bizimyol.info saytına danışan millət vəkili Rüfət Quliyev Azərbaycan Prezidentin İlham Əliyevin AzTV-yə verdiyi son müsahibəsini şərh edərkən bildirib.

O qeyd edib ki, iqtisadi baxımdan Azərbaycan hökumətinin qarşısında hazırda iki əsas vəzifə var: qeyri-neft sektorunu, xüsusilə də kiçik və orta biznesi dirçəltmək, daha sonra da Qarabağı Azərbaycan iqtisadiyyatına inteqrə etmək.

“Birinci vəzifə üzrə işlər artıq gedir və islahatların uğurla davam etdiyini düşünürəm. İkinci vəzifəni reallaşdırmaq üçün isə ilk növbədə işğal olunan rayonların minalardan tam təmizlənməsi, Prezidentin də bildirdiyi kimi, həmin rayonların elektrik və enerji təchizatını bərpa etmək, münbit infrastktur yaratmaq. Hazırda bu istiqamətdə də işlər sürətlə gedir və düşünürəm ki, tez bir zamanda Qarabağ rayonlarında biznesin inkişafı üçün hər cür şərait yaradılacaq. Lakin bütün bunlar böyük vəsait tələb edir. Ermənilər illər boyu həmin əraziləri dağıdıb, minalayıb və bütün infrastrukturu məhv ediblər. Əlbəttə ki, qarşımızda çox çətinliklər var. Lakin biz bunun öhdəsindən gələcəyik. Pandemiya və müharibənin yaratdığı çətinliklərdən necə üzüağ çıxdıqsa, bu əngəlləri də aşa biləcəyik, ”, - deyə deputat vurğulayıb.

Avropa İttifaqının Azərbaycana niyə yardım etmək istəməməsi və ümumiyyətlə, güzəştli kreditlər ayırmaqda belə maraqlı olmamasını millət vəkili belə şərh edib: “Avropa İttifaqında əsas söz sahibi olan siyasiətçilət Fransa, Belçika kimi ölkələrdəndir. Həmin ölkələrdə də erməni diasporu çox aktiv fəaliyyət göstərir. Hazırda gördüyümüz qərəzli münasibət isə erməni revanşizminin təzahürüdür. Bundan əvvəl də Ermənistana milyardlarla yardım olunub. Hətta xaricdə yaşayan varlı ermənilərdən təhdidlə pul yığılır, Ermənistana göndərilirdi. Onunla da heç nəyə müvvəfəq ola bilmədilər. Düşünürəm ki, bundan sonra da, Avropanın Ermənistana yardımları bəhrə verməyəcək”.

Millət vəkili əlavə edib ki, xarici ölkələrdə, xüsusilə də Rusiyada çox sayda azərbaycanlı milyarderlər, imkanlı biznesmenlər var.

“Bu günə kimi, onlardan ancaq üçünün-dördünün adını eşitmişik ki, Azərbaycan üçün nəsə etməyə çalışır, Azərbaycan iqtisadiyyatına töhfə vermək üçün təşəbbüs göstərir. Onlar üçün xüsusi dəvətə ehtiyac yoxdur, özləri gəlib maraqlansınlar, ölkə iqtisadiyyatının dirçəlməsinə dəstək olsunlar. Əgər xaricdəki milyarderlərimiz Qarabağa yatırım qoysalar, Avropanın yardımına da ehtiyac qalmaz”, - deyə Rüfət Quliyev söyləyib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən vacibdir” - İran XİN
Son xəbərlər
Bütün xəbərlər »