Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"

Tərlan Eyvazov: “Onu Azərbaycan-Türkiyə dostluğuna önəm verən milli kadr kimi tanıyıram”

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini, general-leytenant Kərim Tofiq oğlu Vəliyev Azərbaycan Silahll Qüvvələri Baş Qərargah rəisi və müdafiə nazirinin 1-ci müavini təyin olunub.

Qeyd edək ki, bu barədə qeyri-rəsmi məlumat hələ səhər saatlarından sosial şəbəkələrdə paylaşılıb və qızğın müzakirələrə səbəb olub.

Bu təyinatla bağlı Bizimyol.info-ya danışan hərbi ekspert Tərlan Eyvazov sözügedən təyinatın çox düzgün və uğurlu olduğunu bildirib.

Tərlan Eyvazov Tərlan Eyvazov

O qeyd edib ki, Kərim Vəliyev orduda mərhələ-mərhələ yüksələn adamdır və sıravi əsgərlərdən tutmuş yüksək rütbəli zabitlərlə mülayim, mehriban davranışı ilə yadda qalıb.

“Hər kəslə münasibət saxlamağı bacaran, eyni zamanda nizam-intizam amilinə önəm verən adamdır. Həmçinin, onu Azərbaycan-Türkiyə dostluğuna önəm verən milli kadr kimi tanıyıram. Kərim Vəliyevin həm akademik təhsili var, həm də əsgərlə çiyin-çiyinə döyüşən, daim ön cəbhəyə can atan bir zabit kimi tanınır”, - deyə Tərlan Eyvazov vurğulayıb.

O qeyd edib ki, Azərbaycanda hazırda ordunun NATO standartlarına tam keçməsi istiqamətində proses gedir və yeni təyinat da bu prosesi tez bir zamanda uğurla tamamlamağa xidmət edəcək.

“Çox güman ki, Prezident yeni Baş Qərargah rəisinin qarşısında da bu və digər islahatları davam etdirmək, mövcud problem və boşluqları tamamilə aradan qaldırmaq barədə tapşırıq qoyub. Kərim Vəliyevin islahatları uğurla davam etdirəcəyini düşünürəm”, - deyə ekspert söyləyib.

O əlavə edib ki, 2020-ci ilin iyulunda – Tovuz döyüşlərində də general Kərim Vəliyev xüsusi fəallığı ilə seçilib: “General-mayor Polad Həşimov şəhid olanda, Kərim Vəliyev şəxsən dəfn prosesinə nəzarət etdi və şəhid zabitlərin ailələri ilə görüşdü, başsağlığı verdi. Ordu rəhbərliyində təmsil olunan şəxs kimi, onun bu məsələlərdə qabağa düşməsi çox insanın rəğbətinə səbəb olmuşdu”.

Xatırladaq ki, daha əvvəl bu vəzifəni qalmaqallarla ad çıxarmış Nəcməddin Sadıxov tuturdu.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »