Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atası Meqan Marklı məhkəməyə verəcək
Atası Meqan Marklı məhkəməyə verəcək

Britaniya kral ailəsinin gəlini Meqan Marklın atası Tomas Markl qızını və kürəkənini məhkəməyə verməyə hazırlaşır. Bu barədə o Fox News-a verdiyi müsahibədə bildirib. O qeyd edib ki, Meqan və əri övladlarının tərbiyə metodunda böyük səhvə yol verirlər və babaları ilə görüşməyə imkan yaratmırlar. Hazırda Meksikada yaşayan 77 yaşlı Mark nəvələri Arçi və Lilibeti görməyə hüquq qazanacağını bəyan edib.

Meqan Markl 3 ildir ki, atasını görməkdən imtina edir, onunla danışmır. Tomas Marklın vəziyyəti isə  ağırdır, o tez- tez xəstələndiyini bildirib.

Tomas kürəkəni ilə heç vaxt canlı təmasda olmayıb, görüşməyib.Hətta toy günlərində belə Meqanı nikah masasına bəyin atası, şahzadə Çarlz gətirib.

Meqan Marklın atası ilə küsməsinin səbəbi isə atasının pul müqabilində qızının sirlərini paparatsiyə satması olub. O bunu satqınlıq kimi qiymətləndirib. Tomas Markl isə  hələ də media nümayəndələri ilə görüşüb qızı barədə xoşagəlməz ifadələr işlətməkdə davam edir.

İlhamə

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »