Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"2-3 istifadədən sonra imtina etmək alınmır" - Azərbaycanda "patı" faciəsi
"2-3 istifadədən sonra imtina etmək alınmır" - Azərbaycanda "patı" faciəsi

Son zamanlar ölkədə gənclər arasında narkotik maddələrə aludəçilik halları artıb.

Narkotik maddələrin sosial şəbəkələrdə rahat şəkildə və ucuz qiymətə satılması, valideynlərin laqeydliyi bu artımın əsas səbəbləridir. Mütəxəssislərə görə, hazırda ölkədə gənclər arasında daha çox “patı” , “şüşə”, “met” adı ilə tanınan metamfetamin halusinasiyaya səbəb olan sintetetik maddədir. Bu maddə yetişdirilmədiyi, süni şəkildə yaradıldığı üçün daha əlçatandır.

Metamfetamin bir çox ölkələrdə dərman adı ilə də satılır. Mütəxəssislərin fikrincə, metanfetamindən müalicə edə bilən dərman vasitəsi hələ müəyyən edilməyib. Belə ki, bu maddədən 100 faiz qurtulmaq üçün ondan daha güclü maddəyə asılılığın yaranması lazımdır. Bu isə mütəxəssislərə görə, Allaha imandır. Hətta Amerikada belə metamfetamin “şeytanın narkotikası” adı altında satılır.

Həkim narkoloq Pərvin Məmmədovanın sözlərinə görə, metamfetamin sintetik kristal maddədir və istifadə edildiyi andan 6-24 saat arasında təsirli olur. Asılılıq yaradan bu maddə, davamlı olaraq istifadə edilmədiyi təqdirdə şəxs özünü bədbəxt hiss edir, həyatdan zövq ala bilmir:

“Aludəçiləri arasında “Patı”, “şüşə”, “met” kimi tanınan metamfetamin istifadə edildiyi andan etibarən asılılıq yaradır. İstifadə edildiyi anda yüksək enerji, güc və xoş hiss yaradan metamfetamin istifadəçini ölümə aparır”.

Mütəxəssis qeyd edir ki, digər narkotik maddələr - kokain və amfetaminlə müqayisədə metamfetamin üç dəfə daha təsirli maddədir. Metamfetamin təkcə insanın psixologiyasına, deyil eləcə də fiziologiyasına da təsir edir.

“Daha sadə dillə izah etsək, fizioloji çöküş özünü göstərməyə başlayır. Nə qədər çətin olsa da, 2-3 istifadədən sonra istifadəçi ondan imtina etməyə çalışsa da, alınmır. İlk istifadədə beyin funksiyasını artıran maddə motivasiya və diqqəti artırır. Maddə bədən istiliyini artırır, təzyiqi və nəbzi yüksəldir. İstifadədən sonra ishal, ürək bulanması və qusma kimi əlamətlər müşahidə edilməyə başlanır. Yəni qısa müddətli xoşbəxtlik verən maddə zövq yoxsulluğuna səbəb olur”- deyə həkim izah edir.

Fizioloji dəyişikliklərə gəldikdə isə, metamfetamin istifadəçilərində dişlər çürüyür, arıqlama müşahidə edilir, immun sistemi zəifləyir və ereksiyada disfunksiya yaranır.

Mütəxəssis qeyd edir ki, ilk istifadənin təsiri keçdikdən sonra zövq yoxsulluğu meydna gəlir, yəni hər şey mənasız görünür. İstifadə davam edildiyi zaman beyin hüceyrələrində dəyişiklər meydana gəlir. Metamfetamin istifadəçisi, həkim yardımı ilə bu vərdişdən sağaldığı zaman belə beyin əvvəlki vəziyyətinə qayıtmır.

“Metamfetamin bədəndə çox qalmır. Belə ki, istifadədən 3-6 gün arasında sidikdən, 24-72 saat arasında isə qandan təmizlənir. Metamfetamin saçlardan 80 günə təmizlənir”- deyən həkim bildirib ki, ağ rəngli və qoxusu olmayan bu maddə spirtli içki ilə, burundan və ya iynə vasitəsilə qəbul edilir.

Psixoloq Ramil Hacının sözlərinə görə, bu vasitə daha çox gənclər arasında yayılıb. Övladının narkotik istifadəçisi olub-olmadığını isə valideyndən yaxşı heç kim bilə bilməz:

“Valideynlər övladlarına yaxın olduqları zaman onda baş verən dəyişiklikləri hiss edə bilirlər. Xarici görkəmində və psixoloji durumunda dəyişiklik varsa bunu valideyn hiss etməlidir”.

Psixoloq qeyd edir ki, narkotik istifadəçisi olan gəncləri “ipə-sapa” yatırtmaq asan məsələ deyil. Buna görə övladını qurtarmaq da valideyn üçün asan olmayacaq. Əgər ailədə maddi sıxıntı varsa, o gənc itirilmiş gəncdir:

“Çünki narkomaniyadan qurtulmaq üçün aludəçi aylarla bəzən illərlə müalicə almalı olur. Bu səbəbdən də valideynlər övladlarının müəyyən yaş dövründə daha diqqətli olmalıdır. Bu yaş dövrü 14-18 yaş arasıdır. Özbaşına buraxılan, diqqət, qayğı, sevgi görməyən gənclər bu dövrdə əhatəyə düşərək, narkotik istifadəçisinə çevrilə bilər”.

Psixoloq onu da qeyd edib ki, metamfetamin aludəçiliyi şəbəkə kimi yayılır. Belə ki, bir müddət istifadə edən gənc pul tapmadığı zaman ətrafındakıları bu vasitəyə öyrəşdirməyə çalışır.

“Metamfetamin hissləri oyaq saxlayır. Beyin hüceyrələrinə təsir edən bu maddə yuxusuzluq yaradır. Övladlarınızı gecə yatanda belə müşahidə edin. Metamfetamin qəbul edən şəxslər oyaq yatır, yəni bu yuxu zamanı beyin yatmır. Uzun müddət yuxusuzluq hallusinasiyalar yaradır. Övladınızda qeyri-adi davranışlar müşahidə etdiyiniz zaman artıq şübhələnməyə başlamalısınız. Çünki belə bir dövrdə diqqətsizlik övladınızın intiharı və ya digər ağır faciə ilə nəticələnə bilər”- deyən pixoloq qeyd edir ki, bəzən valideynlər bu halı müşahidə etdikdə belə, polisə və ya digər orqanlara müraciət etməkdən çəkinir, utanır. Bu isə həmin gəncin göz görə-görə itirilməsi deməkdir.

Qeyd edək ki, metmfetaminin 100 qramı hazırda dünya bazarlarında 300 dollara satılır. Bu maddə II Dünya Müharibəsi zamanı yaponlar tərəfindən kəşf edilib. Bu gün Amerika, Meksika və Tayvanda sürətli şəkildə yayılıb.

İlahin, Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »