Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar

Bir sıra dərmanlar var ki, onlar COVİD-i tam dayandıra bilər. Söhbət hazırda mövcud olan dərmanlardan gedir.

Bizimyol.info xəbər verir ki, İsraildəki tibb adamları laboratoriya araşdırmalarından sonra bu nəticəyə gəliblər.

“Qüdsdəki Yəhudi Universitetinin alimləri iddia edir ki, COVİD-19-a yoluxmuş insanlarda bu virusun inkişafının qarşısını almağa qadir olan dərmanları tapıblar”,- “The Jerusalem Post” qəzeti yazır.

Professor Şay Arkin qəzetin əməkdaşı ilə söhbətində deyib ki, laboratoriya testləri keçiriblər. Aparılan araşdırmalar onların istədikləri nəticəni ortaya qoyub.

Arkin və onun komandası bu araşdırma zamanı 2800-dən çox birləşməni sınaqdan keçirib. Son nəticədə onların fikrincə, virusa qarşı effektli olan 18 preparat üzə çıxarıblar. Amma hələlik araşdırmanın nəticələrini dərc etməyə tələsmirlər. Heç preparatların adlarını da açıqlamaq istəmirlər. Professor Arkinin sözlərinə görə, o dərmanlar lazımi kliniki sınaqdan keçirilmədən onları əhaliyə tövsiyə etmək peşəkar davranış olmazdı.

“Komanda gələcəkdə istənilən tənzimləmə tədbirlərini sürətləndirə bilmək üçün diqqətini təkrar təyin olunan dərmanlara yönəltmişdi. Çünki bu dərman preparatları onsuz da başqa xəstəliklərə görə istifadə olunur. Onların zərərli tərəfləri, yan təsirləri də artıq məlumdur, təsdiqlənib”, - qəzet yazır.

Son xəbərlər
Bütün xəbərlər »