Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident yol təmirinə 3 milyon manat ayırdı
Prezident yol təmirinə 3 milyon manat ayırdı

Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Paylaş »
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
Son xəbərlər
Bütün xəbərlər »