Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyevin Moskva səfəri: Rusiya ilə münasibətlərdə yeni nüanslar  
İlham Əliyevin Moskva səfəri: Rusiya ilə münasibətlərdə yeni nüanslar  

Azərbaycan diplomatiyası bu aralar çox gərgin işləyir. Prezident səviyyəsində görüşlər və səfərlər davam edir. Bu mərhələdə diplomatik səylərin əsas vektorlarından biri, təbii olaraq, Rusiya Federasiyası ilə olan münasibətlərdir. Azərbaycan cəmiyyətində, xeyli sayda müəyyən səbəblərə görə, Rusiyaya qarışıq münasibət var.

Bir yandan ictimai qavrayış Rusiyanı tarixi baxımdan qiymətləndirir; Azərbaycanın Rusiya ilə birgə keçmişinə, bu keçmişin mürəkkəbliklərinə diqqəti cəlb edir. O biri tərəfdən, Azərbaycan cəmiyyəti Rusiyanı ölkəmizlə həmsərhəd olan böyük dövlət kimi görür; buna həm böyük imkanlar, həm böyük təhlükə kimi baxır. Böyük imkanlar deyəndə, Rusiyaya bir nəhəng bazar, o cümlədən, əmək bazarı kimi baxılır. Ancaq bir tərəfdən də, humanitar platformalarda da Rusiyaya bağlılıq, yəqin ki, Türkiyədən sonra ikinci sırada gəlir. Bəlkə də birinci. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya son səfəri zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə söylədiyi fikirlər və rəqəmlər var:

“Bu il Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının birinci buraxılışı oldu. Bu, əlamətdar hadisədir. Zaman sürətlə keçir. Bizim iki filialda – MDU-nun və Seçenov Universitetinin filiallarında mindən çox tələbə təhsil alır. Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır. Beləliklə, Azərbaycan gənclərinin belə bir böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır. Düşünürəm ki, bizim təcrübəmizi böyüməkdə olan nəslə əməli surətdə ötürmək çox vacibdir”.

Prezidentin göstərdiyi rəqəmlərdən də görünür ki, Azərbaycanın kadr potensialında və təbii ki, ictimai elitasında, siyasi ierarxiyasında bundan sonra da Rusiyaya dil, ünsiyyət bağlılığı olanların sayı az olmayacaq.

Ancaq, əlbəttə ki, bu perspektivin məsələsidir; cari gündəliyə gəlincə, Rusiya və Azərbaycan Prezidentlərinin ortaq baxışı var. Moskva görüşləri bunu bütün tərəfləri ilə bir daha ortaya qoydu: Azərbaycan Rusiya ilə münasibətləri həm cari və həm perspektiv planda daha da böyütmək istəyir. Yəni bunu özü istəyir. Bütün başqa yaxın, uzaq ölkələr kimi, Rusiya ilə də, məsələn, Ermənistan kimi, hansısa konyuktur motivasiya ilə deyil, stabil və verimli əsaslarla tərəfdaşlıq edir. Putin də Əliyevlə danışıqlara çox maraqlı – Azərbaycanla bərabər tərəf olaraq yanaşdığını xüsusi bir jestlə vurğuladı. Prezident Putin dedi:

“Gələn il bizim üçün böyük bayram olacaq – diplomatik münasibətlərin 30 illiyi”.

Və Moskvaya gəlməyə razılıq verdiyi üçün İlham Əliyevə təşəkkür etdi. Yəni münasibətlərdə Azərbaycanın iradəsinin də bərabər çəkidə, təsirdə olduğunu qeyd etdi. Bu ranqda siyasətçilər heç zaman sözü söz xatirinə demirlər; diplomatiyada hər sözün, hətta hər durğu işarələrinin öz yeri və anlamı var. Məsələn Putinin bu sözlərinə diqqət edək: “Allaha şükür, koronavirusdan sonra münasibətlərimiz bərpa olunur, ilk növbədə iqtisadiyyatı nəzərdə tuturam”. O, koronavirusa görə iqtisadi münasibətlərdə azalmanın artımla əvəz olunduğunu dedi. Yəni Rusiyanın Azərbaycanla münasibəti və ya Azərbaycana münasibəti sırf geosiyasi məsələlərlə qapanıb qalmır. Getdikcə daha çox qarşılıqlı iqtisadi maraqlar üzərinə keçir. Bunu zamanında – Yeltsin Rusiyasında baş nazir əvəzi olduğu vaxt Yeqor Qaydar bütün keçmiş Sovet respublikaları ilə – yeni müstəqil dövlətlərlə münasibətlərin mahiyyətcə yeni forması – formatı, modeli olaraq təklif etmişdi. Ancaq o zaman bu, işləmədi. Çünki qarşılıqlı faydalı iqtisadi münasibətlər tərəflərin potensial imkanlarına görə qurulur. Məsələn. Rusiya Ermənistanla hansı qarşılıqlı iqtisadi fayda modelində münasibət qura bilər? Bu, mümkünsüzdür. Ancaq Azərbaycan hələ Sovet dövründə aparılmış araşdırmalara görə, müstəqil dövlət kimi yaşama potensiallı müttəfiq respublika kimi qiymətləndirilirdi. O sırada Rusiya ilə yanaşı Ukrayna, Belarus, Qazaxıstan da vardı. Sovet dövründən söz düşmüşkən, Azərbaycan o zaman İttifaq büdcəsinə ödəmələr edən respublika idi, Ermənistan isə dotasiya alan. Bunun özü hələ keçmiş İttifaqın tərkibində olduqları zaman bu iki qonşu respublikanın potensialına görə eyni olmadığını isbat etmişdi.

Bu fikrin davamı olaraq, İlham Əliyevin Moskvaya səfəri logistika nüansına baxaq; Azərbaycan prezidenti deyir ki, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə (yəni Rusiyadan Fars körfəzinə - isti dənizlərə) yükdaşımalar 20 faiz artıb. Burada Ermənsistana baxaq; Rusiya da daxil olmaqla bütün beynəlxalq aləmə şikayətlənir ki, guya Azərbaycan onu blokadada saxlayır. Bir tərəfdə. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat - kommunikasiyası dəhlizinin mərkəzi, qovşağı (əslində sahiblərindən biri olan) Azərbaycan, o biri tərəfdən, öz yanlış siyasəti ilə, uğursuz geosiyasi xoreqrafiyası ilə bütün dəhlizlərdən kənarda qalmış Ermənsistan.

Azərbaycan – Rusiya danışıqlarında da, əslində, Ermənistanı da bu dəhlizlərə qoşmaq, bu yolla qonşu respublikada revanşizmin zəminini zəiflətmək çabaları hiss olundu. Zəngəzur dəhlizi məsələsində İlham Əliyev və Vladimir Putin ortaq baxış formalaşdırmağa nail oldular və ardınca Prezident Putin Nikol Paşinyana zəng edərək Əliyevlə ortaq baxışını açıqladı və bu yöndə çalışmaq təklifini (əslində tələbini) çatdırdı. Bu dəfəki Moskva danışıqlarında görünən o oldu ki, Azərbaycan Rusiya ilə münasibətlərinin bundan sonrakı bütün dimamikasını 10 noyabr üçtərəfli sazişinin icrası səviyyəsi ilə dəyərləndirir. O cümlədən, Qarabağın Azərbaycana təkcə ərazi deyil, iqtisadi, inzibati, hüquqi baxımdan reinteqrasiyası və Zəngəzur dəhlizi, başqa geokommunukasiyalarla bağlı məsələlər. Və təbii ki, regionda təhlükəsizliyin əməkdaşlıqdan keçdiyini Azərbaycan Rusiya qarşısında bir daha önə sürdü. Vladimir Putin 10 noyabr razılaşmaları ilə bağlı İlham Əliyevin qaldırdığı məsələlərə belə şərh verdi: “Əlbəttə ki, bilirəm ki, Siz bu məsələyə daha çox diqqət verirsiniz”. Bu, o deməkdir ki, Moskva Azərbaycan üçün həssas olan diplomatik gündəmi anlayışla qarşıladı.

Orxan, Bizimyol.info

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla münasibətlərinin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »