Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı

Uzun müddətdir həftə sonları ictimai nəqliyyatın açılması tələbi ilə yazırıq, yazmaqla da qalmayıb hətta ağlaşırıq. Amma Operativ Qərargahın (OQ) qulağına səsimiz çatmır ki, çatmır.

Sanki ictimai nəqliyyatın qiymətinimi qaldırılar gözümüzdə. Əvvəllər avtobuslardakı basabasdan şikayət edərdik. İndi eybi yox, basabas olsa da, barı işləsin, ona da razıyıq deyirik. Amma “OQ qapısı, xan qapısı”, hələlik naz edir. Dünən də qərar verdi ki, eyni qaydada sentyabrın 1-nə qədər davam edəcəyik. Görəsən, OQ nə zaman anlayacaq ki, həftə sonları heç də hamı evində uzanıb çay içməklə məşğul olmur. İşləmək məcburiyyətində olan on minlərlə insan var. Hamısı da aşağı təbəqənin insanları. Yəni taksiyə verdikləri pul onların ailəsinin iki günlük ərzağı, dolanışığıdır.

Belə şübhələnməyə əsas var ki, həftə sonları qiymətləri daha da qaldıran bu taksi şirkətləri sizə xidmət edir. Yox sizin deyilsə, avtobus və metronu da işleməyə qoymaq istəmirsinizsə, həmin gün işləməli olan bütün iş yerlərinin də qapadılamasını istəyin, heç kim işə getməsin. 2 günün kompensasiyasını verin həftə sonu çöldə-bayırda işləyib 3-5 manat qazanmalı olan adamlara. Hamı məmnun qalsın. Edə bilməzsiniz, təbii. Bəs onda bu qulaqçəkdi əməliyyatı nədir başlatmısınız? Bütün telekanallar, ciddi media orqanları başlayıblar xəstəliyin tüğyan etməsindən yazmağa. Anlamaq lazımdır ki, bu şəkildə ifadə nə qədər insana psixi travma yaşadır.

Gecə gündüz tv-lər bağırır :”Yoluxma sayı artdıqca və insanların həyatına təhlükə yarandıqca müəyyən məhdudiyyətlərin tətbiqi qaçılmaz hala gəlir”. Bəs yaşamaq, bəs dolanmaq? Bahalıq baş alıb gedir. 1000 manat alanlar belə ailənin tələblərini ödəyə bilmədiklərini dedikləri halda 190 manatla (onu almaq şansı da kimə düşə, kimə düşməyə) ancaq quru çörək yeməyə hədəflənəcəyik?

Məhdudiyyətlərin tətbiq olunması dövlət strukturları üçün əlavə gücün sərf olunmasına, administrativ resursların bura cəlb olunmasına və iqtisadiyyatda müəyyən problemlərin ortaya çıxmasına səbəb olacaq.

Peyvənləmədən sonra məhdudlaşdırıcı tədbirlərimizin olmayacağını demişdilər. Yayla bağlı müvəqqəti yumşalmalara gedilsə də, aparılan təbliğat-təşviqat belə göstərir ki, bu payız yenə hər kəs çəkiləcək öz yuvasına. Çəkilək, xalqın sağlamlığı önəmlidir. Amma büdcəmiz buna hazırdırmı? Həm də deyəsən, baş verənlərin heç də xalqın sağlamlığı ilə əlaqəsi yoxdur...

İlhamə

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
Son xəbərlər
Bütün xəbərlər »