Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

APA-nın xəbərinə görə, iddia ərizəsində qeyd olunub ki, G.Gözəlovanın həyat yoldaşı Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) Buta Klinikasında cərrah uroloq-androloq Araz Bayramova müraciət edib.

Adıçəkilən klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A.Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb. Fevralında 18-də A. Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.

Xəstənin ailəsi və Buta Klinilasında nevropotoloq olmadığına görə kənardan dəvət olunan nevropotoloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.

Zərərçəkən iddia qaldıraraq həkim Bayramov Araz Eldar oğlunu məhkəməyə verib.İddia ərizəsi Nərimanov rayon Məhkəməsində hakim Vüqar Quliyevin icraatında araşdırılır.

A. Gözəlovun iddiası üzrə Məhkəmənin hazırlıq iclası keçirilib, məhkəməyə baxış iclası isə iyulun 27-ə təyin edilib.

Qeyd edək ki, telejurnalist Günel Gözəlova həkimin cəzalandırılması, əməliyyatda baş verənlərin ciddi araşdırılması üçün Prezident İlham Əliyevə, Vitse-Prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Səhiyyə Nazirinin müavininə məktubla şəxsən müraciət edib. Tanınmış telejurnalist Günel Gözəlovanın qeyd olunan məktubu ilə bağlı hazırda məhkəmədən kənar Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş »
››› TƏBİB-in "gizli" dərman paketi
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər, sanki insanların ruhu ölüb"
››› “Ermənistanın KTMT-yə sədrliyi bu təşkilatı Azərbaycana qarşı çevirməyə kömək etməyəcək”
››› İki polis zabiti narkotikə görə həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »