Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İlham Əliyev Qarabağda baş verənlərlə bağlı dolğun mesajlar verdi”
“İlham Əliyev Qarabağda baş verənlərlə bağlı dolğun mesajlar verdi”

“Prezident İlham Əliyevin ötən gün çıxışında Qarabağla bağlı çox ciddi məsələlər toxundu və qonşu ölkələrə mesaj verdi”.

Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

Onun sözlərinə görə, Prezidentin öz çıxışında “Qarabağda 25 min erməni yaşayır və bu qədər insan üçün status hansı məntiqə sığır”?! deməsi ilə o, aydın mesaj verir ki, Qarabağda iddia edildiyi kimi 50 min erməni yox, 25 min erməni var və Azərbaycan qəti şəkildə status məsələsinə qayıtmayacaq.

“İkinci, Laçın dəhlizi ilə bağlı məsələyə gəldikdə isə, Prezident qeyd etdi ki, dəhlizdəyik və neçə maşın və kimlərin gəlib getdiyini görürük. Xüsusilə, xarici maşınların erməni nömrəsi vuraraq Azərbaycan ərazisinə daxil olmasını vurğuldadı. Qeyd edim ki, əsasən İran TIR-ları "Laçın" dəhlizindən keçərək. separatçılara yük aparır və erməni nömrələrindən istifadə edirlər. Bununla da Prezident İrana mesaj vermiş oldu. Göründüyü kimi İranın deustriktiv mövqeyinə qarşı prezident öz etirazını bildirdi.

Üçüncü, prezident qeyd etdi ki, biz Xankəndindəyik və oranı görürük, ermənilərin hərəkətini müşahidə edirik. Bununla da mesaj vermiş oldu ki, Qarabağdakı ermənilər heç də özünü arxayın hesab etməməli, silahlı erməni hərbi qüvvələri tam Azərbaycanın nəzarətindədir və istənilən vaxt onlara qarşı hava əməliyyatı apararaq məhv edilə bilər.

Siyasi şərhçinin sözlərinə görı, prezident İlham Əliyev Qarabağda baş verənlərlə bağlı dolğun mesajlar verdi və hər şeyin nəzarətdə, görüldüyünü vurğuladı.

“Bundan sonra, ermənilərin Azərbaycana qarşı hər hansı bir təxribatları ciddi şəkildə cəzalandırılacaq. Və nəticədə ermənilərin Qarabğdan köçü tezləşəcək”.

Leyla Mirzə

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...
››› Bəzi məhdudiyyətlər yumşaldılıb - Həftəsonu ictimai nəqliyyat işləyəcək
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Bakıdan ölkənin regionlarına dəmir yolu ilə sərnişin daşınması bərpa olunur
Son xəbərlər
Bütün xəbərlər »