Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Twitter”in ilin birinci yarımili üzrə xalis gəliri açıqlanıb
“Twitter”in ilin birinci yarımili üzrə xalis gəliri açıqlanıb

Ötən ili 1,386 milyard ABŞ dolları zərərlə başa vuran “Twitter Inc.” mikrobloqlar xidmətinin cari ilin birinci yarımili üzrə xalis gəliri 133,654 milyon ABŞ dolları təşkil edib.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, şirkətin mədaxili illik ifadədə 1,5 dəfə artaraq 2,226 milyard ABŞ dollarına çatıb.

İlin üçüncü rübü üçün ümumi mədaxilin 1,22-1,3 milyard ABŞ dolları, əməliyyat məsrəflərinin 50 milyon ABŞ dollarınadək olacağı gözlənilir. İlin yekunlarına görə əsas xərclərin 900-950 milyon ABŞ dolları olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, ABŞ-ın “Twitter Inc.” şirkətinin əsası 2006-cı ildə qoyulub. Şirkətin əsas məhsulu qısa ismarışların mübadilə edildiyi sosial şəbəkədir. Şirkətin mənzil-qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
Son xəbərlər
Bütün xəbərlər »