Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
“Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət

Ölkəyə “patı” bəlası yayılandan sonra əldə etdiyimiz məlumata görə, istifadəçilərin çoxunun qadın olduğu da üzə çıxıb. Müxtəlif səbəblərlə ağ zəhərdən asılılığı yaranan qadınlar arasında bəzilərinin bu bəlaya məlumatsızlıqdan, arıqlamaq eşqi ilə bulaşdığı da məlum olub. Anlaşılmayan şey budur ki, sən narkotik istifadəçisi olub cinayət törədəcəksənsə, başın üstündə olmayyac və dünyanı görməyəcəksənsə, ömrün-günün həbsxanalarda, bataqlıqda çürüyəcəksə, arıqlamaq sənin nəyinə lazımdır, ay qadın? Bu məsələni diqqətdən kənarda qoymayaraq narkomaniya üzrə ekspertdən də yardım almaq istədik.

“Bəzi qızlar, xüsusən kilolu xanımlar məndən soruşurlar ki, narkotik vasitələr, “patı” adamı arıqladırmı? Bəli, arıqladır. Necə ki, xərçəng arıqladır, vərəm arıqladır, digər ağır xəstəliklər arıqladır, “patı” da arıqladır və sonda öldürür. Normal sağlam orqanı xəsətələndirib gedib ölürsən. Bu arıqlamaq o arıqalmaqdan deyil”.

Bu fikirləri narkomaniya üzrə ekspert Emil Maqalov səsləndirib.

Emil Maqalov Emil Maqalov

“Elə ki arıqlama başladı, demək ölümə yaxınlaşırsan. Ölmək ölməkdir, hamı öləcək, elə normal yolla ölün də, gərək zülm çəkib, yaxınlarınızı da zülmə salıb öləsiniz? Arıqlamaq naminə mənə belə səfeh suallar verən, bu ağılsız metodla arıqlamağı seçən adamların yəqin ki, ağlı çatışmır. Birincisi, bu, cinayətdir, ikincisi, ölümdür. Bunu yalnız anormal insanlar edə bilər”,- deyən ekspert arıqlamaq üçün az yeməyi, idman etməyi məsləhət görüb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilən 100 məhbusdan ən azı 60-70 nəfəri narkotik ittihamı ilə həbs edilənlərdir. Onların 80-90 faizi satışla tutulanlardır.

“Patı”nın qiymətinin ucuzluğu, beynin imkanlarını tam şəkildə ortaya qoyan vasitə, arıqlamaq üçün əla həb və narkotik olmaması haqda reklamlara inanan qadınlar da onun istifadəsinə meyllənirlər. Lakin ova gedərkən ovlanırlar, ilk 5-10 dozadan sonra güclü asılılıq yaranır. Arıqlamaq həddinə isə ölənə yaxın düşürsən. Bu vasitə “Metamfetamin” tərkiblidir, bu isə depressiv xəstələri xilas etmək üçün bir növ dopinq kimi istifadə olunub insana enerji verirdi. Sonralar ondan istifadə fərqli məqsədlər daşıdığına görə qadağan edildi. Bu gün küçələrdə, tinlərdə satılan “patı” əzcazçılar tərəfindən yox, narkotik ticarətçilərinin küncdə-bucaqda hazırladığı sintetik tərkibləri ilə qorxunc nəticə verir.

Arıqlamaq ümumiyyətlə, bir çox dərman satışı firmalarının qazanc mənbəyi olduğu üçün 30 ildir şüurumuza yeridilmiş başqa bir bəladır. 30-40 il öncəyə qədər insanlar kökəlmək üçün istirahətlərə, sanatoriyalara üz tuturdular ki, yaraşıqlı görünsünlər. Renessans dövrünün əsərlərində bütün qadınların yalnız kök formada təsvir edildiyini unutmusunuzmu? Yəni məhz arıq adamların gözəl olması barədə yayılan kütləvi miflərin qurbanı olmayın. İnsanı gözəl edən onun gözəl düşüçncələri, ruh halı və sağlamlığıdır. Arıqlıq və köklüyün gözəl sayılması sadəcə, moda anlayışı kimi keçicidir. Narkomaniya bəlasının insanları zombiyə çevirdiyini görən moda dünyası da arıq qadınları, modelləri daha podiumlara çıxarmaqdan çəkinər hala gəldi. Böyük bədən ölçülərinə malik, gözəl və “iştahaçan” gözəllərin zamanı başlayıb, dərd etməyin. Ən əsası sağlam qalın.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »