Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağda heç bir erməni rusun əmrinə qarşı çıxa bilməz”
Xankəndi

“Moskva görüşündən sonra Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində atəş səslərinin dayanması təxribatların arxasında Ermənistandakı revanşistlər və Fransa dayanıb deyənlərin mülahizələrini alt - üst etdi”.

Bu fikirləri siyasi şərhçi Zaur Məmmədov Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında müəyyən məqamlar var idi, onlar danışıqlarda həllini tapan kimi atəşkəs də təmin edildi.

Zaur Məmmədov Zaur Məmmədov

“Unutmayaq ki, Ermənistan ordusunda və ələlxüsus Qarabağda heç bir erməni rusun əmrinə qarşı çıxa bilməz.

Rusiyadakı görüşdən sonra mətbuata açıqlamanın verilməməsi, İlham Əliyev və Vladimir Putin arasında bölgədəki proseslərlə bağlı bir sıra məsələlər üzrə nəticənin əldə edilməsi ilə bağlıdır.

Çox güman kı, nəticələr artıq Paşinyana da məlumdur. Çünki görüşdən 2 gün keçməmiş Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bildirib.

Bu barədə o, hökumətin iclasında bildirib."Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır", - deyə Paşinyan vurğulayıb.

Siyasi şərhçinin sözlərinə görə, Bakı və Moskva bundan sonra da Minsk qrupu və ələlxüsus Fransanı regiondakı proseslərdən uzaq tutmaq barədə ortaq fikir irəli sürüblər.

“Hərçənd, Moskva Makron kartından mütamadi olaraq siyasi manipulyasiya kimi istifadə edir.

Düşünürəm ki, görüşdə nəqliyyat yollarından ilk növbədə məhz Zəngəzur dəhlizinin açılışına dair fikirlər qeyd olunub.

Beləliklə, 20 iyul Moskva görüşündə Azərbaycan tərəfi qarşısına qoyduğu məqsədlərə çatdı və biz bir qədər sonra həmin məqamların səssizcə reallaşmasının şahidi olacağıq”.

Qeyd edək ki, iyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib. Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

Leyla Mirzə

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »