Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyandan sülh şərtləri: “Azərbaycan bu absurd təklifləri qəbul etməyəcək”
Paşinyandan sülh şərtləri: “Azərbaycan bu absurd təklifləri qəbul etməyəcək”

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan nazirlər kabinetinin iclası zamanı sülh danışıqları ilə bağlı açıqlama verib. Paşinyan çıxışı zamanı bildirib ki, "Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaqda qərarlıdır".

Lakin Ermənistan tərəfi sülh danışıqları üçün bir neçə şərt irəli sürüb və bildirib ki, Azərbaycan ordusu onların iddia etdiyi kimi Ermənistan ərazisindən geri çəkilsin, Qarabağın statusu məsələsi müzakirə edilsin, Minsk qrupunun fəaliyyəti istiqamətində danışıqlar bərpa edilsin.

Siyasi şərhçi Samir Hümbətov Bizimyol.info-ya açıqlaması zmanaı bildirib ki, Ermənistan baş nazirinin səsləndirdiyi bu fikirin təsadüfi olduğunu düşünmək olmaz.

Samir Hümbətov Samir Hümbətov

“Regionda son dövrlərdə baş verən prosesləri izlərkən vəziyyətin nədən ibarət olduğun asanlıqla anlamaq olar. Belə ki, Paşinyanın Moskvaya səfəri və orada Rusiya prezidenti Vladimir Putinlə aparılan danışıqlar, daha sonra ABŞ baş katibi Entoni Blinkenin Paşinyanla telefon danışığı, Avropa İttifaqı şurasının rəhbəri Şarl Mişelin bölgəyə səfəri çərçivəsində Ermənistan və Azərbaycana səfərləri keçirdikləri görüşlər, verilən açıqlamalar, Azərbaycan prezidenti cənab İlham Əliyevin Ermənistana dəfələrlə sülh danışıqları təklifi etməsi, nəhayət, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Moskvaya səfəri və Vladimir Putinlə keçirdiyi görüş və apardığı danışıqlar hadislərin bir-biri ilə necə əlaqəli olduğunu açıq şəkildə ortaya qoyur.

Hesab edirəm ki, bundan sonrakı mərhələdə Ermənistan tərəfindən bu tipli açıqlamalar gəlməsi gözlənilən ola bilər. Əlbəttə sülh danışıqları uzunmüddətli proseslərin nətisi olaraq baş tutur. Həmçinin tərəflərdə güclü siyasi iradə və uzaqgörən siyasət də tələb edir. Azərbaycan buna hazır olması haqqında dəfələrlə bəyanat verib. Azərbaycan qoyulan şərtlərin yerinə yetrilməsi qarşılığında qısa müddətdə proseslərin başlanmasına təkan verə bilər”, -deyə bildirib.

MCP sədrinin müavini Məhəmməd Əsədullazadə Paşinyanın sülh danışıqları üçün irəli sürdüyü şərtləri müzakirə edən zaman bildirib ki, Azərbaycan absurd olan belə bir təklifləri qəbul etməyəcək.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Ermənistan çalışırdı ki, Rusiyanın iştirakı olmadan Qərbin vasitəçiliyi ilə danışıqlar aparılsın. Əgər Qərb Ermənistanın yuxarıdakı şərtləri ilə vasitəçi olmasaydı, Azərbaycan razılıq verə bilərdi. Amma Avropa İttifaqının prezidenti Ş.Mişelin regiona səfərində "status" və sərhəddə öz müşahidəçilərini yerləşdirilməsi kimi Yerevanın təkliflərini qəbul etməsi, Azərbaycan tərəfindən Avropa İttifaqının vasitəçiliyi fiaskoya uğradı. İttifaq haqlı və qalib tərəfi deyil, məğlub və münaqişənin davam etməsində maraqlı olan bir ölkənin tekliflərini qəbul etdi. Bununla da regionda Rusiyanın fəaliyyətinə növbəti işıq yandırdı.

Bundan sonra baş verəcəklər Ermənistanın küncə sıxılmasına gətirib çıxaracaq. Məhz Prezident İlham Əliyevin Rusiyaya səfəri, müəyyən maraqların üst-üstə düşməsi Rusiyanın vasitəçiliyini önə çəkdi. Putin də proseslərdən razıdır və Prezident İlham Əliyevlə görüşündə bunu aydın görmək olurdu. N.Paşinyan sülh danışıqlarına hazır olduğunu elan etməsi, son günlərdə Azərbaycan ordusunun sərhəddə ciddi şəkildə üstünlüyü ələ almasıdır”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »