Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan-Naxçıvan sərhədində baş verən atışmalar nədən xəbər verir…
Zəngəzurdan görüntü (Gorus)

Siyasi şərhçi Əziz Əlibəyli Azərbaycan, Naxçıvan, Zəngəzur dəhlizi ilə bağlı maraqlı bir xəritə paylaşıb. Bu xəritə sosial şəbəkə üzvləri tərəfindən maraqla qarşılanıb və hazırda hansı hərbi, siyasi proseslərin getməsi ilə bağlı suallar ortaya çıxardıb.

Siyasi şərhçi xəritənin anlamını Bizimyol.info-ya açıqlayan zaman bildirib ki, xəritə boyunca işarələdiyi məntəqələrdən yuxarıda birinci fiqurun işarə ilə göstərildiyi əsas məntəqə Tovuz bölgəsidir.

Azərbaycan-Ermənistan sərhədi, Naxçıvan, Zəngəzur

“Yəni, ötən ilin iyul ayında da toqquşmalar həmin istiqamətlərdə başlamışdı. Avqust ayı ərzində də davam edən müəyyən proseslər oldu və sonra 27 sentyabrda “Vətən Müharibəsi”nin başlamasına gətirib çıxardan proseslər yaşandı. İşarə onu göstərir ki, bütövlükdə həmin bölgəyə hücum etməklə ermənilərin hədəflədiyi Azərbaycanın kommunikasiya xətlərinə zərbə vurmaq və Azərbaycanın həmin qidalandırıcı xəttini ələ keçirməkdən ibarət idi. Həmin xətt təkcə Azərbaycan üçün deyil, neft kontraktlarının icrasında iştirak edən ölkələ, xüsusilə də Türkiyə və Gürcüstan üçün vacib bir məntəqədir. Təbii ki, İtalyaya qədər gedəcək TAP xətti üçün də çox vacib məntəqələr idi.

Ora hücum etməklə də əslində münaqişəni iki ölkə arasındakı münasibətlərdən çıxartmağa və münaqişəni biraz da qloballaşdırmağa çalışırdılar. Amma buna nail ola bilmədilər. Çünki məhz o istiqamətdə baş verən əməliyyatlar Türkiyə xarici siyasətində ciddi şəkildə dəyişikliklər yaratdı”.

Siyasi şərhçinin sözlərinə görə, indi Naxçıvan bölgəsində, xüsusilə də Kərki kəndi ərtafına doğru toqquşmalar var.

“Hazirda proseslər Heydərabad qəsəbəsində, Naxçıvan Muxtar Respublikasının düz Türkiyə ilə sərhəddində baş verir. Bu, eynən Tovuz döyüşlərinin baş verdiyi şəraitlə üst-üstə düşür. Yəni, yuxarıda - Tovuzda hansı proses yaşanıbsa, bu gün də Sədərək ərtafı nöqtələrdə eyni proseslər yaşanır.

Baxın, Heydərabadın şimalından Türkiyə sərhədinə qədər təxminən 30 km-dən artıq bir ərazi var. Həm Türkiyə ilə sərhəd o bölgədən keçir, həm də ki, Azərbaycan SSR-in mülkiyyətinə aid olan dəmir yolları. Dəmir yolları 10 noyabr razılaşmasında kommunikasiya xətlərinin çəkilməsi nəzərdə tutulan həmin nöqtədən öz başlanğıcını götürür. Yəni, həmin bölgədən etibarən Türkiyə ərazisi başlayır.

Burada bir neçə nüans orta çıxır. Birincisi, mümkündür ki, yenidən erməni tərəfi Türkiyəni oyuna alət etməyə çalışır. İkincisi, cənab prezident də qeyd etmişdi ki, “Dəmir Yumruq” həmişə aktualdır və Zəngəzur dəhlizi xoşluqla reallaşmasa, alternativ yollardan istifadə oluna bilər.

Məhz həmin nöqtə Azərbaycanın dəmir yollarını çəkəcəyi, başlanğınıcı götürəcəyi nöqtədir. Həmin o bölgədə, daha şimala doğru Azərbaycanın Kərki kəndi yerləşir və bu kənddən başlayaraq, üzü şimal-şərqə doğru Kəlbəcər rayonuna qədər Ermənistanın daxili yolu - E117 yolu gəlib çıxır.

Əziz Əlibəyli Əziz Əlibəyli

Bu proseslər belə düşünməyə əsas verir ki, Heydərabad qəsəbəsinin şimalına doğru Azərbaycanın dəmir yolları mülkiyyətinin keçdiyi ərazidə hansısa hərbi əməliyyatlar, hərbi kampaniyalar keçirilməyə başlanıb. Bu artıq Zəngəzur dəhlizinin reallaşması yolunda atılan ilk əməli addımdır”,-deyə siyasi şərhçi bildirib

Leyla Mirzə

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »