Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Media rəhbərlərinin münasibəti heç ürəyimcə olmadı” -  İradə İsaq
İradə İsaq

Ölkədə ilk mətbuat orqanının – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Bu gün isə Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür.

AYSmed klinikası Milli Mətbuat Günü ilə əlaqədar olaraq, maraqlı aksiya keçirdib. Belə ki, bu gün xəstəxana tərəfindən jurnalistlər və onların övladları üçün pulsuz həkim müayinələrindən keçmək şansı yaradılıb. Həmçinin, analizlər və kompüter avadanlıqları ilə yoxlama zərurəti yarananlara isə 20 faiz güzəştlə bu prosedurlar həyata keçirilib. Aksiyadan yararlanmaq istəyən mətbuat işçiləri yalnız vəsiqələrini təqdim etməklə, özlərini və övladlarını müayinə etdirə biliblər.

Aksiya ilə bağlı daha ətraflı məlumat almaq üçün klinikanın direktorunun birinci müavini, tanınmış jurnalist İradə İsaqdan kiçik bir müsahibə aldıq.

- İradə xanım, artıq axşama doğrudur və demək olar ki, aksiya yekunlaşır. Gün ərzində aksiyaya qoşulan jurnalistlərin sayı çox idimi?

- Aksiyada iştirak edən jurnalistların sayı təəssüf ki, o qədər də çox olmadı. Düşünürəm ki, iş günü olması, havaların çox isti keçməsi və bir çox jurnalistlərin məzuniyyətdə olması aksiyaya qoşulanların sayına təsir edib. Biz yenə də əlimizdən gələni etdik, qapımızı üzlərinə açdıq.

- Bu kimi aksiyaları davam etdirmək, başqa peşə sahibləri üçün də tətbiq etməyi düşünürsünüzmü?

- Bu cür aksiyanı ilk dəfə deyil keçirdirik. Bu yaxınlarda, 26 iyun Silahlı Qüvvələr günü müasibəti ilə 3 gün aksiya keçirdik. Bu gün də biz həmin qazilərlə əməkdaşlıq edirik, onlar reabilitasiya üçün xəstəxanamıza gəlirlər. Hər zaman qapımız onların üzünə açıqdır. Şəhid ailələrinə də həmçinin.

- Məhz jurnalsitlər üçün bu cür aksiya keçirmək qərarına gəlmənizə əsas səbəb nə idi?

- Biz jurnalistləri həssas peşə qrupuna daxil edirik. Bilirik ki, jurnalistlər yüksək əmək haqqı almırlar, vəziyyətləri bir o qədər ürəkaçan deyil, kirayələrdə qalan gənclər çoxdur. Bunun üçün bu aksiyanı təşkil etdik.

- Aksiyadan yararlana bilməyən jurnalistlər üçün gələcəkdə hansısa endirim kampaniyaları nəzərdə tutulurmu?

- Gələcəkdə də yəqin ki, televiziya günü ilə bağlı belə aksiyalar təşkil edə bilərik.

- Bu aksiyanın təşkilində və işıqlandırılmasında media qurumlarının dəstəyini hiss etdinizmi?

- Bizim həkim qrupumuz da jurnalistlər üçün öz qazanclarından imtina etdi. Lakin çox təəssüf ki, mən bir çox media təşkilatlarına bu aksiyanın işıqlandırılması üçün təkliflər edən zaman onlar razılaşmadılar və bildirdilər ki, “bu bizim üçün sərfəli deyil”.  Özəl klinikanın rəhbəri buna razılıq verib, amma media rəhbərləri öz təşkilatlarında çalışan jurnalistlərin sağlamlıqları haqqında düşünmədilər. Bu mənim heç ürəyimcə olmadı. Öz əməkdaşlarına belə soyuq yanaşan təşkilatların  olmasını istəməzdim. Bu təbii ki, bütün televiziyalara aid deyil. Lakin bir neçə televiziya rəhbərləri açıq şəkildə bizə başa salmağa çalışdılar ki, bu bizim üçün maraqlı deyil. Bizim burada heç bir marağımız yoxdur. Sadəcə jurnalistlərə jest etdik. Yəqin ki, gələcəkdə də bunu davam etdirəcəyik.

Leyla Mirzə

Bizimyol.info

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »