Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çörək qaydalara uyğun bişirilmir: "Bu, vicdan məsələsidir"
Çörək qaydalara uyğun bişirilmir: "Bu, vicdan məsələsidir"

Bir müddət əvvəl buğda ununun dövlət standartı təsdiq edilib. Belə ki, çörəkbişirmə sənayesində yüksək keyfiyyət səviyyəsinin müəyyənləşməsinə və istehlakçıların çörək məmulatlarına dair tələb və gözləntilərinin təmin edilməsinə kömək göstərəcək AZS 894:2021 “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər” dövlət standartı təsdiq edilib. Yeni standartın tətbiqi ölkənin ərzaq təhlükəsizliyi baxımından taxıl məhsulları üzrə təchizat dayanıqlığının artırılmasına xidmət edəcək.

Qeyd olunan Dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən hazırlanıb. “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər” dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Hazırda çörəkbişirmə yerləri bu standartlara əməl edirmi?

Qida mühəndisi Elsevər Fərzəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, bu məsələyə AQTA cavabdehlik daşıyır.

Elsevər Fərzəliyev Elsevər Fərzəliyev

“Çörək müəssisələrində çörək qaydalara uyğun bişirilirmi? Sualına gəldikdə isə bu, vicdan məsələsidir. Məsələnin araşdırılması isə müvafiq qurumların məsuliyyətindədir. Həmin qaydaların təsdiqi zamanı qida mühəndisliyi üzrə kadrlar dəvət edilibmi? Bu həqiqətən çox maraqlıdır”.

Ekspert qeyd edib ki, hazırda çöəkbişirmə yerlərində - zavodlarda çörəyin hansı standartalara uyğun olaraq bişirildiyi ona məlum deyil: “Məni monitorinqlərə qida mühəndisi, ekspert kimi dəvət etməyiblər. Bu səbəbdən də bu proseslərdən xəbərim yoxdur”.

Çörək istehsalı ilə məşğul olan Nargilə İbrahimova bildirib ki, çörək bişirilən zaman un, duz, su, maya, əlavə хammal kimi хaş-хaş, müхtəlif ədviyyat və s. götürülür: “Çörək məmulatı unun növünə, bişirilmə üsuluna, хəmirin hazırlanması üsuluna, resept və formasına görə qruplara bölünür. Ən geniş yayılan I və II sort buğda unundan hazırlanan adi çörəklərdir. Biz bacardığımız qədər təqdim edilən standartlara uyğun bişirməyə çalışırıq”.

Məsələ ilə bağlı AQTA-ya sorğu göndərsək də, cavabsız qalıb.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »