Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toylarda niyə dava-dalaş düşür - Psixoloqdan açıqlama
Toylarda niyə dava-dalaş düşür - Psixoloqdan açıqlama

Bir neçə gün əvvəl İsmayıllı rayonunda toyda dava düşüb. Toya dəvət edilməyən Hafis adlı şəxs toya gələrək, orada dava salıb, bəyə və qardaşına bıçaq xəsarətləri yetirib. Hadisədən təsirlənən bəyin atası isə, ürəktutmasından dünyasını dəyişib.

Əvvəllər Azərbaycan toylarında dava adətə-ənənə halını almışdı. Hətta Azərbaycanın bəzi bölgələrdə dava olmayan toylar maraqsız, cansıxıcı toylar hesab edilirdi. Toylarda niyə dava olur, dava salanlar kimdir?

Psixoloq Rəvanə Abdullayeva, Bizimyol.info saytına açıqlamasında bildirib ki, toylarda mübahisəyə səbəblərdən biri spirtli içkini həddən artıq qəbul edən şəxslərin özünü idarə edə bilməməsidir:

“Toylarda çox zaman davalar içkili şəxslər arasında olur. Spirtli içki qəbul etdikdən sonra bəzi insanlar özünü idarə edə bilmir. Spirtli içki insanın olduğu kimi deyil, olmaq istədiyi kimi vəziyyətini ortaya çıxarır. Spirtli içki sinirləri oyaq saxlayır. Normal vəziyyətdə sakit olan biri, sərxoş vəziyyətdə daha aqressiv olur. Bu səbəbdən də çox zaman içkili şəxsləri çox da ciddiyə alan olmur”.

Psixoloq qeyd edir ki, bəzi şəxslər isə planlayaraq toylarda dava salır. Bu toy sahibindən, gəlindən və ya bəydən acıq çıxmaq, qanqaraçılıq yaratmaq məqsədi ilə olur:

“Gəlinin keçmiş sevgilisi, bəyin problemi olan şəxslər acıq çıxmaq məqsədilə toyda dava sala bilir. Bəzən də olur ki, iki problemli insan uzun müddət bir-birini görmür və toyda qarşılaşdıqları zaman dava salırlar. Bu zaman onları toy sahibi və ya toy maraqlandırmır. Ümumiyyətlə, toy və ya şənliklərdə insanlar çox olduğu üçün, kütlə olduğu üçün bəzi eqosu aşağı olan şəxslər, özgüvəni olmayan şəxslər “özünü göstərməyə” çalışırlar. Bu da dava ilə nəticələnir. Yenə də qeyd etdiyim kimi dava salan insanlar heç bir zaman toy sahibini düşünməzlər”.

Hüquqşünas Fərid Ağayevin sözlərinə görə, toylarda-şənliklərdə dava salan şəxlərin bu əməli xuliqanlıq hesab edilir.

“Xuliqanlıq əməli Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tənzimlənir. Belə ki, xuliqanlıq yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »