Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid jurnalistlərə mükafat ayrılıb
İlham Əliyev

Milli Mətbuat günündə ilk yada düşən şəhid jurnalistlərdir. Əslində onlar heç unudulmur da.

Bu gün Prezident İlham Əliyev Kəlbəcərdə minaya düşərək həlak olan, şəhid statusu almış iki jurnalistin ailəsinə ev verdi. Onlar AzərTac-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovdur. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrinə gedərək yeni mənzillərin sənədlərini, şəhid statusu vəsiqəsini və onlara ayrılmış sosial ödənişi təqdim edib.

Hər iki jurnalist işğaldan azad olunmuş ərazilərdəki yaşayış məntəqələrini gəzərək məlumat toplayır, çəkiliş aparırdılar. İyunun 4-də onlar Kəlbəcərin Susuzluq kəndinə gedərkən düşmən tərəfin yola basdırdığı minanın partlaması nəticəsində şəhid olublar. İyunun 14-də Preziedentin sərəncamı ilə onlar “3-cü dərəcəli Vətənə xidmətinə görə” ordeni ilə təltif olunmuşdular.

Bizimyol.info saytına daxil olan məlumata görə, şəhid jurnalistləri təltif etmək barədə Mətbuat Şurası da qərar verib. Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı ilə Kəlbəcərdə şəhid olmuş media təmsilçiləri - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və COVID-19 xəstəliyindən dünyasını dəyişmiş hərbi jurnalist Rəşad Süleymanov təltif ediliblər.

Bizimyol.info

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »