Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Moskva görüşündə Azərbaycanın konkret tələbləri irəli sürülüb"
Vladimir Putin və İlham Əliyev

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya səfərdə olub.

Liderlərin görüşündə Qarabağ problemi başda olmaqla regional məsələlər, iqtisadi əməkdaşlıq, tranzit layihələri və iki ölkənin maraqlarını ifadə edən digər məsələlər müzakirəyə çıxarılıb.

Bu səfərin yekunlarını geniş təhlil etmək üçün mətbuatda material az olsa da, səfərdən öncə sərhədlərdəki gərginlik, rəsmi qurumlar arasında bəyanat “atışmaları” görüşün hansı motivdə keçəcəyini təxmin etməyə əsas verirdi.

Ermənistanla Azərbaycan arasında gərginliyin artdığını və Putinlə Əliyevin də ən çox bu gərginlikdən danışdığını təxmin etmək elə də çətin deyil. Lakin bu danışıqlar hansı məcrada inkişaf edib və Rusiya Azərbaycandan nə tələb edib? Yaxud da, əksinə, Azərbaycan nə kimi tələblər irəli sürüb?

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycanın tələbləri əvvəlcədən məlum idi. Azərbaycan Prezidenti üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsini, separatçıların tam tərksilah olunmasını, Qazaxın 7, Naxçıvanın 1 kəndinin geri qayatraılmasını, habelə Zəngəzur dəhlizi ilə bağlı öhdəliyin yerinə yetirilməsini tələb edir.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“İlham Əliyev Vladimir Putinlə qapalı görüşdə böyük ehtimalla ona Qarabağda aparılan quruculuq işləri barədə məlumat verib və Rusiya şirkətlərini də bölgədəki çalışmalara dəvət edib. Ancaq bir ölkə ki, səfirinə Şuşaya getməyi qadağan edib, həmin ölkənin rəhbərliyinin şirkətlərinə işğaldan azad edilmiş bölgələrdə fəaliyyətə yaşıl işıq yandıracağını gözləmək yersizdir. Əsas odur ki, Rusiya bizə Ermənistanla sərhədi müəyyənləşdirməyə mane olmasın. Növbəti hədəfimiz isə Qarabağın tamamında qayda-qanun yaratmaq olacaq”, - deyə E.Şahinoğlu vurğulayıb.

O qeyd edib ki, bunu bölgədə yerləşən rusiyalı hərbçilər etməyəcəklər, özümüz edəcəyik: “Kreml sahibi heç şübhəsiz Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin bəyanatlarında “Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri” ifadələriylə tanışdır. Bu məsələdə kompromisin limiti bizim üçün 5 ildir, 1ili başa çatmaq üzrədir, 4 ildən sonra rusiyalı hərbçilər Qarabağı tərk etməlidirlər. Buna həm özümüz, həm də Moskva hazır olmalıdır”.

“Putin “kompromis” dedikdə nəyi nəzərdə tutub?” sualını isə politoloq belə şərh edib: “Vladimir Putin “kompromisli qərarlarla” bağlı Əliyevi təşəkkür etməklə nə demək istədi? Söhbət hansı kompromislərdən gedir? Burda ilk növbədə Azərbaycanın Ermənistana olan təzyiqləri azaltması, bəzi məsələləri zamanın axarına buraxmağı gözləntiləri ola bilər. Lakin Azərbaycan yetərincə kompromisə gedib, lakin Ermənistan tərəfi özü bu şərtlərin, xüsusilə də, nəqliyyat dəhlizinin açılmasını yubadır”.

Politoloq hesab edir ki, sühlməramlılarla da bağlı Azərbaycanın mövqeyi konkretdir və bölgədə sülhün təmin olunmasında Kremldən real addımlar gözləyir.

“Bunu həm də regionda yaranan şərtlər, aktual problemlər tələb edir”, - deyə politoloq əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »