Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İctimai Şuranın sədri seçki prosesindən narazıdır
Mədəniyyət Nazirliyi Ictimai Şura

“Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai birliyinin sədri Faiq İsmayılov tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Məktubda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi prosesinin heç də düzgün aparılmadığı qeyd olunub.

“Belə bir təşəbbüsdən yararlanaraq, bu sahəyə ictimai fəaliyyətlə məşğul olan ekspertlərin cəlb edilməsi Azərbaycan Mədəniyyətinin inkişafına fayda verə bilərdi. Bu seçkiyə mənim də namizədliyim qeydə alınmışdı.

Güman edirdim ki, seçkidə istər namizədlər, istərsədə seçicilər, mədəniyyət sahəsində sözünü demiş ictimaiyyət nümayəndələri seçiləcəklər. Lakin düşüncəmdə yanılmışdım. Belə ki, qeydə alınan namizədlərin 51 nəfərdən 30-u, seçicilərin 258 nəfədən 218-inin qeyri-ixtisas sahibi olması Nazirliyin adına qətiyyən yaraşmırdı. İndi hər kəs üçün maraqlıdır; Axı heyvandarlar, ekoloqlar, iqtisadi sahədə çalışanlar, əlil və müharibə veteran təşkilatların nümayəndələri, ictimai şuraya seçilsələr Mədəniyyət Nazirliyində hansı təşəbbüslərlə çıxış edəcəklər?

Şikayətçinin sözlərinə görə, bu qeyri-ixtisas sahibləri olan seçicilər seçki başlar-başlamaz bir neçə qrupa bölünərək, seçkiyə gələnlərə onların təqdim etdikləri siyahıdakı adamlara səs verməyə təhrik edərək, seçkinin şəffaf keçirilməsinə mane olublar.

“Bu utancverici hadisə seçki bitənə kimi davam etdi. Mən bütün ömrünü könüllü olaraq Azərbaycanın mədəni irsinin qorunmasına sərf etmiş bir ziyalı kimi sizdən xahiş edirəm. Nə qədərki gec deyil, bu seçkinin nəticələrini ləğv edin. Azərbaycanın qanunları çərçivəsində yenidən seçkilərin keçirilməsinə göstəriş verilsin. Qoy bir zamanlar Azərbaycan Mədəniyyətinin müxtəlif sahələrində çalışıb Azərbaycan Mədəniyyətinə fayda vermiş ictimaiyyət nümayəndələri seçkidə iştirak etsinlər”,-deyə məktubda bildirilir.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məsələyə aydın gətirərək bildiriblər ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin nəticələrinin ləğv olunmasına dair “Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin 13 iyul 2021-ci il tarixli məktubu İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə daxil olub.

“Diqqətinizə çatdırırıq ki, məsələ ilə əlaqədar 17 iyul 2021-ci il tarixində İctimai Birliyin sədri Faiq İsmayılov ilə əlaqə saxlanılmış və Nazirlik yanında İctimai Şuraya seçkilərin İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun həyata keçirildiyi barədə məlumat verilib.

2 gün ərzində keçirilən seçkilər tam şəffaf, müdaxiləsiz eyni zamanda qoyulmuş qanun çərçivəsində aparılıb”.

Leyla Mirzə

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda zəlzələ olub
››› Saxta peyvənd sertifikatlarının qarşısı niyə alınmır...
Son xəbərlər
Bütün xəbərlər »