Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qar uçqununda həlak olan alpinistlərimizin şərəfinə quraşdırılmış lövhəni oğurlayıblar - Video
Həlak olan alpinistlərin xatirə lövhəsi

Alpinistlər Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynov qar uçqununda həlak olanda ölkədə bundan xeyli insan sarsılmışdı. Onlardan aylarla xəbər çıxmamışdı. Alpinistlərin meyitlərinin üzə çıxması üçün yazda qarın əriməsini gözləmək lazım gəlmişdi.

Bizimyol.info xəbər verir ki, gənclərin ölümü dəqiqləşəndən sonra həmkarları onların xatirəsini əbədiləşdirmək qərarı verilmişdi. Bu məqsədlə Tufandağın şimal ətəyində, Mahmuddərədə lövhə quraşdırılmışdı. Bürüncdən hazırlanan xatirə nümunəsinin üzərində alpinistlərin adları həkk olunmuşdu. Təəssüf ki, həmin lövhə oğurlanıb.

Lövhənin oğurlanmasından hamıdan əvvəl Firuz Dadaşov xəbər tutub. Alpinist iyulun 18-də bununla bağlı video çəkib. Firuz Dadaşov videoda hiddətini gizlədə bilmir: “Şərəfsizlər! Elə biliblər ki, lövhə bahalı metaldandır, oğurlayıb aparıblar”.

Alpinistlərdən Ramin Həsənəlizadə, Elvin Quliyev də xatirə lövhəsinin oğurlanması ilə bağlı qəzəbini ifadə edib. Onlar sosial şəbəkələrdə bu haqda yazıblar. Ramin Həsənəlizadə lövhəni quraşdıranda bu cür halla rastlaşa biləcəklərini düşünmədiklərini qeyd edib: “İnam çox sarsıldı. Çox güman ki, lövhə metal yığan məntəqələri satılıb və ya satılacaq. Tapılsa, onu metal məntəqəsindən pulu ilə alıb yenidən yerinə quraşdırmaq istərdik”.

Oğurluq faktı geniş müzakirə olunub. Çoxuna oğruların ora necə gedib çıxması maraqlı görünür. Ramin Həsənəlizadə yaxınlıqda çoban yataqlarının olduğunu vurğulayıb. Üstəlik, həmin ərazidən alpinistlərin, dağ turistlərinin yolu keçir. Əksəriyyətin fikrincə, lövhəni buralara bələd olan şəxs götürüb. Alpinistlərdən Asif Teymurov lövhəni yaxınlıqdakı otlaqda görənlərin olduğunu yazıb. Həmkarlar xatirə nümunəsini tapmaqda israrlıdır. Onlar Quba-Qusar zonasındakı bütün metal məntəqələrini gəzməyi planlaşdırırlar.

Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynov 2017-ci il dekabrın 24-də Quba rayonunu Xınalıq kəndindən Tufandağa gedəndə itkin düşmüşdü. Alpinistlərin axtarışı aylarla sürsə də, lazımi nəticə verməmişdi. Onların meyiti yalnız 2018-ci il mayın 16-da aşkarlanmışdı. Babur Hüseynov həyatını itirəndə 34, həmkarları isə 27 yaşında idi.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »