Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxtda yataqxanada yanğın olub
Yanğın

Bakı şəhərində yataqxanada yanğın olub.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

İlkin məlumata əsasən, beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 22 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və digər ümumi sahəsi 22 m² olan 1 otaqlı mənzilin eyvanının taxta konstruksiyaları 1 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Xəsarət alan olmayıb.

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »