Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İyulun 23-nə olan hava proqnozu
hava

İyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Bizimyol.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 23-27° isti, gündüz 30-35° isti, Bakıda gecə 24-26° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 749 mm civə sütunundan 752 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27° isti, Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində 27-28° isti olacaq.

İyulun 23-24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

İyulun 23-24-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

İyulun 24-ü gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Prezident: "25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?"
Son xəbərlər
Bütün xəbərlər »