Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsir düşmüşük: Bölgələrdə “dərimizi soyurlar”, xaricə getməyə də AZAL imkan vermir
River inn Resort, Nabran

Qurban bayramı ilə əlaqədar olaraq, bu həftə 4 gün qeyri-iş günü elan olundu. Biz də bu fürsət bir daha ələ düşməz deyib, dəyərləndirməyə qərar verdik. Çox axtarışdan sonra Xaçmaz rayonunun inzibati ərazi vahidinə daxil olan Nabran qəsəbəsinə üz tutduq.

Nabran Azərbaycanın Xaçmaz rayonunda, Rusiya-Azərbaycan sərhədinin yaxınlığında yerləşən, məşhur kurort və istirahət mərkəzidir. Qəsəbənin əhalisi 1,313 nəfərdir. Dalğalı, Turist, Meşəli, Günəşli, Samurçay və Şimal kəndlərindən ibarətdir.

Bu qəsəbə Bakıdan düz 3 saatlıq məsafədə yerləşir və Xəzər dənizi sahilində subtropik meşələrlə əhatələnib. Qəsəbə boyu yolun sol tərəfdə evlər, oteller, əyləncə obyektləri, restoranlar, sağ tərəfində isə sahil boyunca çimərlik uzanır.

Buranı seçmə səbəbimiz də elə məhz bu idi. Burada həm dəniz əlçatandır, həm də gecələmək üçün otel seçimi çoxdur.

Nabran ərazisində yerləşən otellərin qiymətləri xidmət səviyyəsinə görə fərqlidir. Məsələn, yalnız gecələmək üçün yer axtarsanız, çox ucuz qiymətə yerlər tapmaq mümkündür. Lakin hovuzu, səhər yeməyi, şou proqramı olsun desəniz, bu sizə bir az baha başa gələcək. Məsələn, “River inn Resort”-da isə 2 nəfərin "yatıb-durması" səhər yeməyi daxil 159 manatdır.

Bizim seçdiyimiz otel 4 ulduzlu idi. İçərisində hovuzu, sahər yeməyi var idi. 2 nəfər üçün 1günlük gecələmək isə 80 manatdan başlayırdı. Buna baxmayaraq, otelin bütün otaqlarından nəm, rütubət iyi gəlirdi.

Bu səfər zamanı qlobal böhranın turizm sahəsinə necə zərbə vurduğunun bir daha şahidi olduq. Belə ki, otelin həyətyanı sahəsində bir çox obyektlər, uşaq əyləncə mərkəzi, boulinq, bilyard, stolüstü tennis, idman zalları tamamilə fəaliyyətsiz və baxımsız vəziyyətdə idi. Hətta otel ərazisində 2 hovuz olsa da, onlardan yalnız biri fəaliyyət göstərirdi. Bu da insan sıxlığının yaranmasına səbəb olurdu.

Restoran xidmətlərini isə 10 ballıq sistemlə qiymətləndirsək, 0-ın altında olardı. Otel ərazisində yalnız bir restoran fəaliyyət göstərirdi. Bu restoranın isə işçilərinin sayı olduqca az idi. İşçilər isə bu çatışmazlıqları uzun müddətdir məkanın bağlı qalması ilə əlaqələndirirdilər.

Maraqlısı ondadır ki, xidmət səviyyəsi aşağı düşdüyü halda bəs qiymətlər niyə aşağı düşmür?

Bu kimi səbəblərə görə də, illərdir turizm sahəsi yetərincə inkişaf edə bilmir və bir çox vətəndaşlar həmin məbləğə qonşu ölkələrdə istirahəti seçir. Amma bu da asan deyil, çünki dünyada ən bahalı təyyarə biletləri inhisarçı AZAL-ın bazarına aiddir. Necə deyərlər, əsir düşmüşük...

Leyla Mirzə

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
Son xəbərlər
Bütün xəbərlər »