Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun daha bir qorxunc nəticəsi - Vaxtsız qocalma
Koronavirus, oksigen balonu, süni nəfəs aparatı

Nevroloq,  professor Erkin Şamsiyev bildirib ki, koronavirus vaxtından  qabaq qocalmaya səbəb ola bilər. RİA agentliyinə müsahibə verən həkim bildirib ki, koronavirus insan orqanziminə düşdükdən sonra vaxtından əvvəl qocalma prossesini başlatmış olur.Bunun qarşısını almaq  üçün həyat keyfiyyətini yüksəltmək lazımdır.İdmanla məşğul olmaq, düzgün qidalanma, stressdən uzaq qalmaq əsas şərtlərdir.

Koronavirus infeksiyası ağciyərlərin tormbozu ilə yanaşı digərxoşagəlməz prosesləri də başlatmış olur.Bu xəstəliklə bağlı yaranmış hay- küy fonundakı stresslə bağlıdır. Yoluxmuş insan qorxur,  fobiyaları orqanizmə pis təsir edir, bir yandan da virusun özü orqanizmi zəiflədir.

“Ağciyərlər zədələnərkən beyinə oksigen axını zəifləyir.Xəstəlik keçirmiş insanlıarın çoxusu ensefalopatiyadan əziyyət çəkirlər. Beyinin qeyri iltihabi xəstəlikləri Ensefalopatiya adlandırılır. Müxtəlif xəstəliklər və patologiyalar nəticəsində, beyinin qan təchizatı pozulur və beyin toxumasında oksigen yetməzliyi yaranır. Oksigen yetməzliyi nəticəsində sinir hüceyrələri ölür, beyin zonalarının iş fəaliyyəti pozulur və ensefalopatiya əmələ gəlir. Yuxu pozğunluqu, halsızlıq, baş ağrıları, qulaqda küy, əsəbilik, koordinasiya pozğunluğu ilə müşahidə olunur.

İnsan tez yorulur, görmə və eşitmə pisləşir. Gözdə ikiləşmə, ani əhval ruhiyyə dəyişikliyi ola bilər. Xəstədə zehni qabiliyyətlər və yaddaş pisləşir. Bəzi hallarda psixi pozğunluqlarda və s. ola bilər.Bu xəstəlik beyin  toxumalarını zədələyir.

İybilmənin itməsi məhz beyin funksiyasının pozulması ilə əlaqədardır.İnsan mütləq zəifləmiş immunitetini möhkəmləndirməlidir – idman, artıq çəkidən qurtulmaq, üzgüçülük, alkaqol və siqaretdən imtina, açıq havada gəzinti, meyvə- tərəvəz qəbulu şərtdir.Bütün bunlarla  qocalmanın qarşısnı da almış olacaqsınız”,- deyə həkim qeyd edib.

İlhamə

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »