Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsan orqanizminin immun sistemi virusa nə qədər müqavimət göstərə bilir...
Koronavirus, oksigen balonu, süni nəfəs aparatı

İnsan orqanizminin immun sisteminin xarici maddələri zərərsizləşdirmək üçün zülallara çox ehtiyac var. Antitellər ayrı-ayrı virusların, çoxhüceyrəli parazitlərin hücumlarına sinə gərir. Elm adamları müəyyənləşdirib ki, bu zülallar COVİD-19-ə yoluxanların bədənində infeksiyadan 9 ay sonra da qala bilər.

Bizimyol.info xəbər verir ki, tədqiqatçılar bir vacib məqamı qeyd etməyi də unutmayıb. İmmunitet uzun müddət qoruna bilər, amma təkrar yoluxma zamanı çox güclü görünməməsi mümkündür.

Qərb jurnalistlərindən Robert Hart yazır ki, virusa yoluxanların az qala hamısında 9 ay sonra müəyyən antitel səviyyəsi aşkar olunur. Bunu elmi tədqiqat da sübut edib. Padova Universitetinin əməkdaşları cəmi 3 min nəfər əhalisi olan İtaliyanın Vo şəhərində yaşayanların 85 faizinin analizlərinə nəzər yetirərək belə qənaətə gəlib.

Araşdırmaların nəticələri “Nature Communications” jurnalında dərc olunub. Burada virusa yoluxanların 98.8 faizində 9 ay sonra da uyğun antitel səviyyəsinin aşkar olunduğu yazılıb. Araşdırma həm də xəstəliyi necə keçirməyin elə bir fərqi olmadığını göstərib. Yəni yoluxmanın dərəcəsinin yüksək və aşağı olması antitel səviyyəsinə hər hansı təsir ortaya qoymur. Tədqiqatın rəhbəri İlariya Doriqatti bildirib ki, immun reaksiyasının gücü simptomlardan asılı deyil.

Elm adamları bəzi insanlarda zamanla antitellərin artmasını müşahidə edib. Bu isə onunla bağlıdır ki, həmin şəxslərdə virus təkrar orqanizmə daxil olub, immun sistemi həmlələrin öhdəsindən uğurla gəlib.

Tədqiqatçılar Vonu təsadüfən seçməyib. İtaliyada koronavirusdan ilk ölüm məhz bu şəhərdə qeydə alınmışdı. Padova Universitetinin professoru Andrea Krisanti şəhərdə hamının analiz verməsində təkid edib. Vo sakinlərinin 95 faizi testdən keçməyə razılıq verib.

Əlbəttə, immun sistemi bir müddət yetərincə müqavimət göstərə bilir. Amma təkrar yoluxmanın qarşısını tamamilə alacaq qədər güclü olmur.

İtaliyada əhalinin yarıdan çoxu peyvənd olunub. Söhbət 27.1 milyon nəfərdən gedir. Hökumət prosesin sürətinin azalmasına imkan verməməyə çalışır.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »