Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ-nin yetkin əhalisinin yarıdan çoxu peyvənd olunub
Vaksin - peyvənd

Koronavirus infeksiyasına qarşı iki doza peyvəndlə aşılanan Avropa İttifaqı (Aİ) ölkələri sakinlərinin sayı 187,7 milyona çatır ki, bu da yetkin əhalinin (18 yaşdan yuxarı) 51,3%-ni təşkil edir.

“Report” xəbər verir ki, bu məlumatlar Avropa Xəstəliklərin Profilaktikası və İdarəetməsi Mərkəzinin rəsmi saytında yerləşdirilib.

COVID-19-a qarşı tam aşılanan sakinlərin payı baxımından Aİ ölkələri arasında birinci yeri Malta tutur: ada ölkəsinin ərazisində yaşayan insanların 83,6% iki doza peyvənd qəbul edib. İlk üçlükdə həmçinin Macarıstan (65,1%) və İrlandiya (64,8%) da var. Eyni zamanda Aİ-yə üzv olmayan Avropa ölkələri arasında lider İslandiyadır (82,6%).

Aİ ölkələrinin 246,3 milyon sakini və ya yetkin əhalisinin 67,3%-i bir doza peyvəndi qəbul edib. Bu baxımdan liderlər Belçika (84,6%), Malta (83,1%) və Niderlanddır (82,9%).

İyulun 10-da Avropa Komissiyasının sədri Ursula von der Lyayen Aİ ölkələrinin iyul ayının sonuna qədər yetkin əhalinin ən azı 70%-ni tam aşılamaq üçün kifayət qədər dozada peyvənd aldıqlarını açıqlayıb. Yetkinlərlə paralel olaraq, Aİ-də uşaq və yeniyetmələrin də immunizasiyasına başlanılıb.

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
Son xəbərlər
Bütün xəbərlər »