Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail kibertəhdidlərə qarşı qlobal kiberqalxan hazırlayır
Haker, internet təhlükəsizliyi

“İsrail internetdəki kibertəhdidlərə qarşı qlobal kiberqalxan hazırlamağa başlayıb”.

“Report” xəbər verir ki, bunu bu gün Təl-Əviv Universitetində keçirilən “Cyber Week” konfransında İsrailin baş naziri Naftali Bennet səsləndirib.

Onun sözlərinə görə, söhbət qlobal şəbəkənin real vaxtda onlayn qorunmasından gedir: “Bu baxımdan təşəbbüs çərçivəsində dünyadakı həmfikir ölkələrin tərəfdaş hökumətləri kibertəhlükəsizlik sahəsindəki təhdidləri ortaq şəkildə müəyyən edəcəklər, həmçinin kiberhücumların qarşısını almaq və onları araşdırmaq, kibertəhdidlərə qarşı “peyvənd” yaratmaq üçün həll yolları hazırlayacaqlar. Tək mübarizə aparmağa çalışsan, uduzacaqsan. Birlikdə mübarizə aparsaq, qazanacağıq”.

“Bütün yaxşı dövlətləri kibertəhdidlərə qarşı mübarizədə qüvvələri birləşdirməyə dəvət edirik”, - İsrailin Baş naziri bildirib.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »