Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Partiya sədri Türk dövlətlərini Kipri tanımağa çağırdı
Lefkoşa, Quzey Kipr Türk Cümhuriyyəti

Dünən  Kıprıs Barış Hərəkatının başlanmasının 47-ci ildönümü qeyd edildi.

Bu hərəkat nəticəsində Şimali Lefkoşa da daxil olmaqla adanın 37 faizi türklərin nəzarətinə keçib, Kiprin Yunanıstan tərəfindən ilhaqının qarşısı alınaraq, adada yaşayan türklərin təhlükəsizliyi təmin olunub.1974-cü il iyulun 20-də Türkiyənin Baş naziri Bülənt Ecevitin başçılığı ilə Türkiyə Silahlı Qüvvələri Kiprdə hərbi əməliyyat keçirərək, minlərlə türkü yunan əsarətindən və soyqırımından xilas edib.

Bu hərəkat zamanı Türkiyə Ordusu 498 şəhid verib, Kiprdə yaşayan 1672 hərbçi və mülki türk həlak olub. Maraqlıdır ki, bu günədək müstəqilliyi tanınmayan KKTC-dan fərqli olaraq, adanın yunanların yaşadığı cənub bölgəsi Kipr Respublikası kimi tanınıb və Avropa İttifaqına üzv qəbul edilib. Azərbaycan Yüksəliş (Ay) Partiyasının başqanı Anar Əsədli məhz bu münasibətlə çağırış edərək KKTC-nin müstəqilliyini tanımağa çağırıb.

Anar Əsədli Anar Əsədli

“Hər il 20 iyul Kiprdə Sülh və Azadlıq bayramı kimi qeyd olunur.

Bu günədək müstəqilliyi tanınmayan KKTC-dan fərqli olaraq, adanın yunanların yaşadığı cənub bölgəsi Kipr Respublikası kimi tanınıb və Avropa İttifaqına üzv qəbul edilib.

Azərbaycan Yüksəliş Partiyası KKTC türklərini bayram münasibətilə təbrik edir, Cümhuriyyətin müstəqilliyinin tanınmamasını ədalətsizlik kimi qəbul edirik. Hesab edirik ki, KKTC-nin tanınması üçün hər cür əsas var. AY Partiya olaraq, Azərbaycan hakimiyyətini və ümumilkdə Türk Dünyasını bu məsələni gündəmdə tutmağa, KKTC-nin müstəqilliyini tanımağa çağırırıq”,- deyə o bildirib.

İlhamə

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »