Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiçik Qaynarca sülhünün ildönümüdür – Tarixdən dərs almayana tarix dərs verir
Krım, Ukrayna

1774-cü ilin bu günündə Osmanlı dövləti ilə Rusiya arasında Bolqarıstanın Kiçik Qaynarca kəndində sülh bağlandı.

XVIII əsrin II yarısında Rusiya Sağsahil Ukraynası və Belorusiyanı Polşadan geri almaq, Baltik dənizində yeni ərazilər tutmaqla yanaşı Litva və Latviyanı da işğal etmək və Qara dəniz ətrafındakı torpaqlara yiyələnmək siyasəti aparırdı. 1768-ci ildə Osmanlı Rusiyaya müharibə elan etdi və məğlub oldu. 1774-cü ildə iki dövlət arasında Kiçik Qaynarca sülh müqaviləsi bağlandı. Müqaviləyə əsasən: 1. Kerç, Yeniqala və Kinburn əraziləri Rusiyaya verildi; 2. Rus gəmilərinə Qara dənizdə sərbəst üzmək hüququ verildi (Beləliklə, Rusiya Qara dəniz dövlətinə çevrildi) 3. Rus ticarət gəmilərinə Bosfor və Dardanel boğazlarından sərbəst keçmək hüququ verildi; 4. Valaxiya və Moldaviya Rusiyanın himayəsinə keçdi; 5. Krım xanlığı Osmanlıdan ayrılaraq müstəqil oldu (1783-cü ildə Rusiya Krım xanlığını ləğv edərək "Tavrida" adı ilə özünə birləşdirdi).

Osmanlı dövləti tarixdə ilk dəfə olaraq məğlub dövlət kimi təzminat ödəməli oldu. Kiçik Qaynarca sülhü Osmanlı dövlətinin Karlovitsadan sonra imzaladığı ən ağır şərtli müqavilə oldu. Qara dənizdə Osmanlı dövlətinin şəriksiz hökmranlığı dövrü başa çatdı, onun beynəlxalq nüfuzu zəiflədi.Lakin bununla münaqişə və müharibələr bitmədi. Rusiya Qara dənizdə qəti olaraq möhkəmləndi. Osmanlıların həm Balkanlarda, həm də Qafqazda mövqeyi zəiflədi. 1878-ci ildə bağlanmış San-Stefano müqaviləsi ilə Cənubi Qafqazda yeni bir münaqişə ocağının meydana gəlməsinin başlanğıcını qoydu. Türkiyənin heç bir vilayətində əhalinin əksəriyyətini təşkil etməyən ermənilərə muxtariyyət vədlər verilməsi onların arasında terrorçuluq, separatçılıq meyllərinin güclənməsinə, "erməni məsələsi" nin sonralar beynəlxalq səviyyələrdə müzakirə obyektinə çevrilməsinə, dənizdən-dənizə "Böyük Ermənistan" xülyaları əsasında xəritələr cızılmasına, Azərbaycana və Türkiyəyə, xüsusilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinəəsassız iddialar irəli sürülməsinə və s. səbəb oldu. Bununla da 300 ildən çox dövlətçilik təcrübəsi olan Krım xanlığı çar Rusiyası tərəfindən işğal edildi. Əhalisinə olan zülm nəticəsində bir çoxları Osmanlı imperiyasının ərazilərinə köçüb getdilər, bir qismi işğal zamanı rus ordusu tərəfindən öldürüldü, az bir hissəsi isə öz vətənlərində yaşamağı üstün tutmuşdular. Çar Rusiyası isə bundan sonra işğal siyasətini davam etdirirdi.Çar Rusiyası Krımı işğal etdikdən sonra məqsədli şəkildə siyasət yeridərək yerli müsəlman Krım türklərini öz ata-baba torpaqlarından çıxmağa, köçməyə məcbur edirdi. 1800-cü ilə qədər davam edən bu köç əsasında 500.000 Krım türkü ana yurdunu tərk etmişdi. Beləliklə, çar Rusiyası Krımı işğal etdikdən sonra öz mənafeyi üçün yürütdüyü siyasətə əsasən əhaliyə hər cür divan tutuldu.

Bu tarixə nəzər salmaqda məqsədimiz regiona xərçəng xəstəliyi kimi sirayət etmiş Rusiya təcavüzünün 200 il sonra başımıza hələ də bəlalar sardığını xatırlatmaqdır. Qarabağa köçürülmüş ermənilər, Qarabağ torpaqlarına, eləcə də bütün Azərbaycanın sinəsinə sancılmış qanlı ayı pəncəsi hələ də qopmaq bilmir. Qoparılmağa çalışdıqca daha dərinə işləyir, daha dərin yaralar vurur. Rusiya hələ də qonşu dövlətlərin sahibi kimi görür özünü, öz xarici siyasətinin bir parçası olaraq planlayır bizi. Artıq Ukrayna, Moldova, Gürcüstan çıxış yolu olaraq Qərbə meyillənərək bu zülmə dur deməyin yolunu tapıblar. Nə qədər ki, Cənubi Qafqazdan onun əli çəkilməyib, qarşısında kiçik sandığı dövlətlər güclənməyib Rusiya geri ayaq qoyan deyil. Müharibə etməyə gücü çatmasa belə qanlar, təxribatlar, təfriqələr, etnik, dini, milli zəmində münaqişə ocaqları yaratmaqla yaraları qanayan vəziyyətdə saxlamaq –Bu bilinən bir strategiyadır. Bilinən plana qarşı əks plan isə heç də çətin olmamalıdır. Üstəlik indi nə Türkiyə 200 il öncəki Osmanlıdır, nə Azərbaycan rusun diliylə desək ayağı çarıqlı ölkə.

İlhamə

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »