Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Emin Ağalarov: “Atam boşandığımızı biləndə mənə “axmaq” dedi”
Emin Ağalarov

Rusiya siyasətçisi, aktrisa Kseniya Sobçakın “YouTube” portalındakı “Ehtiyatlı olun, Sobçak!” layihəsinin növbəti qonağı Azərbaycanın xalq artisti Emin Ağalarov olub. Müğənni müsahibədə xeyli maraqlı məsələlərdən danışıb. O, hətta Prezidentin qızı Leyla Əliyeva ilə ayrılığının səbəblərindən də söz açıb.

Bizimyol.info xəbər verir ki, Emin Ağalarov müsahibədə xarakterinin ağır olduğunu gizlətməyib. 41 yaşlı iş adamı emosiyalara tez-tez qapıldığını bildirib. Ağalarov bunu qaydasına salmaq üçün psixoloqa da müraciət edib.

“Xasiyyətim yetərincə ağırdır. Sanki hər şey mən istədiyim kimi olmalıdır, başqa cür ola bilməz. Ağılla fikirləşəndə nəyin necə olmalı olduğunu dərk edirəm, amma güzəşt kostyumunu əynimə geyinmək məsələsi hələlik məndə alınmır. Hərçənd, bu istiqamətdə işləməyə başlamışam. Psixoloq yanına gedirəm. O, mənə kömək etməyə çalışır. Mən çox qısqancam. Qısqanclığım tutarsa, ətrafda hər şey dağıla bilər. Bunu özümdə problem sayıram, aradan qaldırmaq üçün mübarizə aparmalıyam. Qadın deyinəndə çox qıcıqlanıram. Bu mənim üçün katorqadır, onda qaçmaq istəyirəm”.

Emin Ağalarov Leyla Əliyevadan boşanması haqda hamının, hətta atası, məşhur iş adamı Araz Ağalarovun da mediadan xəbər tutduğunu deyib:

“Mənim bütün yaxınlarım, o cümlədən valideynlərim də mətbuatdan boşandığımı öyrəndilər. Mən heç kimə heç nə deməmişdim. Atama da bir kəlmə danışmamışdım. Çünki başa düşürdüm ki, cavabında ondan yaxşı nəsə eşitməyəcəkdim. Ona görə də niyə deyim ki?! İnsan o halda nəsə deyir ki, cavabında dəstək görsün. Sən dəstək görməyəcəksənsə, deməyə də bilərsən. Boşandığımızı biləndə atamın cavabı belə oldu: Sən axmaqsan, axmaq!”

Emin Ağalarov deyib ki, ölkə Prezidenti İlham Əliyevin alicənab insan olduğunu, həm onun, həm də Birinci Xanım Mehriban Əliyevanın qərarı anlayışla qarşıladıqlarını vurğulayıb:

“Düşünürdüm ki, bizim Prezidentimiz alicənab insandır, hər şeyə anlayışla yanaşır. Eləcə də Birinci Xanım. Prinsipcə, elə də oldu. Bizim heç bu haqda söhbətimiz də olmadı. Hər şey bir saatın içində olmamışdı axı. Hadisələr necəsə buna doğru gedirdi. Yəqin bəlli idi ki, tez və ya gec bu baş verəcək. Kişi həmişə güahkardır”.

Müğənni, Leyla Əliyeva ilə nikahdan doğulan hər iki övladı ilə tez-tez görüşdüyünü deyib. O, keçmiş həyat yoldaşının övladlığa götürdüyü Əminəni də doğması sayır:

“Onları hər həftə görürəm. Leyla ilə çox yaxşı, isti münasibətimiz var. Daim zəngləşirik. Həm şəxsi, həm də başqa mövzularda danışırıq. Amma əsasən uşaqlar haqda”.

Aramızda elə bir inciklik də olmayıb. İlk gündən qarşılıqlı hörmət, isti və mehriban ünsiyyət formalaşdırmışıq, məhəbbət hissini qorumuşuq. Ümid edirəm ki, bütün ömür boyu belə olacaq. Bu isə çox yaxşıdır, uşaqların yalnız xeyrinə oldu. Hesab edirəm ki, düz yol seçmişik. Leyla ilə münasibətimiz heç vaxt olmadığı qədər yaxşıdır”.

Emin Ağalarov ikinci həyat yoldaşı Alyona Qavrilova ilə ayrılmasından danışmağı da unutmayıb. Müğənni modelin ailəni qorumaq üçün çox çalışdığını deyib:

“Problem daha çox məndə idi. Haradasa mənim həyat tərzimdə, dünyagörüşümdə. İstəyirəm ki, hər şey məhz mən dediyim kimi olsun. Kənardan elə görünə bilər ki, mənimlə yaşamaq asandır. Əslində isə belə deyil. Mən yetərincə sərtəm. Mənimlə hər qadına çətin olardı”.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »