Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Erməni lobbisinin bu həmləsi də uğursuz olacaq”
Zəngəzurun Mehri şəhəri

Fazil Mustafa: “Bayden administrasiyasinin Azərbaycanla bağlı siyasətinə yəhudi lobbisinin də təsiri olacaq”

Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst senator Bob Menendez Azərbaycanı ittiham edən bəyanatla çıxış edib.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizəd göstərilən doktor Karen Donfridin təsdiqləmə iclasında Bob Menendez Bayden administrasiyasının ABŞ-ın Azərbaycana yardımındakı 907-ci düzəlişdən imtina etməsindən narahatlığını bildirib.

"Azərbaycanlılar indi Ermənistanın ərazilərinə müdaxilə edirlər və mənə elə gəlir ki, bunun qəbuledilməz olduğuna dair açıq bir mesaj olmadıqca, onlar aqressiv davranmağa davam edəcəklər " - deyə Menendez bildirib.

Donfrid isə təsdiqlənəcəyi halda senator Menendez və Senatın Xarici Əlaqələr Komitəsi ilə bu mövzuda yaxından işləyəcəyinə söz verib.

"Azərbaycana göstərdiyimiz hər hansı bir dəstəyin Azərbaycan arasındakı güc tarazlığına təsir göstərməyəcəyinə və Dağlıq Qarabağın həllinə sadiq olduğumuza əmin olmaq çox vacibdir",- deyib.

Xatırladaq ki, 44 günlük müharibə zamanı Azərbaycana qarşı sərt mövqe sərgiləyən əcnəbi siyasətçilərdən biri də Bob Menendez olub.

Bu məsələni Bizimyol.info-ya şərh edən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, Menendez bundan əvvəl də ermənipərəst, anti-Azərbaycan və anti-Türkiyə bəyanatlarla gündəmə gəlib.

Fazil Mustafa Fazil Mustafa

“Xəritədən anlayışı olmayan bir adamın sərhədlərlə bağlı, Azərbaycanın guya Ermənistan ərazilərinə soxulması haqqında fikir bildirməsi həqiqətən də gülməlidir. Heç olmasa, köməkçinə de, xərtinə açsın və baxsın ki, Azərbaycan hara soxulub”, - deyə millət vəkili vurğulayıb.

Onun sözlərinə görə, erməni lobbisinin təsiri altında olan bu və digər siyasətçilər vaxtaşırı olaraq, ABŞ Konqresi və Senatında Azərbaycana qarşı “sərt tədbirlər görmək” çağırışı edirlər.

“Görünən odur ki, erməni lobbisi yenidən hücuma keçib. Təəssüflər olsun ki, bu cür siyasi təxribatlar Konqresdə ayaq açaraq yeriməyə başlayıb. Lakin ABŞ-da siyasi proseslərə təsir edə bilən, erməni lobbisindən də güclü yəhudi lobbisi də var. Yəhudi lobbisi Azərbaycanla normal münasibətlər saxlamağın tərəfindən çıxış edir”, - deyə F.Mustafa qeyd edib.

O əlavə edib ki, Bayden administrasiyasinin Azərbaycanla bağlı siyasətinə yəhudi lobbisinin də təsiri olacaq.

“Ona görə də, düşünürəm ki, Menendez ermənipərəst siyasətçilər öz məqsədlərinə çatmayacaqlar. Erməni lobbisinin bu həmləsi də uğursuz olacaq”, - deyə deputat əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »