Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlahiyyatçı: “Qurban kəsimlərinə mütləq nəzarətin əleyhinəyəm”
Qurbanlıq qoyun

Elşad Miri: “Kəsim yerlərinin müəyyən olunması yaxşıdır, amma bu yerlər say baxımından ölkə üçün azdır”

“Bütün cəmiyyət üçün fikir bildirmək çətindir, amma öz çevrəmdə gördüklərimdən deyə bilərəm ki, bu il qurban bayramı yaxşı səviyyədə keçirildi, insanlar çoxdan görmədikləri dostları ilə görüşə, bayramlaşa bildilər”.

Bu sözləri Bizimyol.info-ya açıqlamasında ilahiyyatçı-alim Elşad Miri bildirib.

Elşad Miri Elşad Miri

Onun sözlərinə görə, keçən il karantin rejiminə təsadüf edən bayram günləri ilə müqayisədə, bu il Azərbaycanda inanclı insanlar bu il istədikləri bayram əhval-ruhiyyəsini yaşaya bildilər.

“Bəziləri sosial şəbəkələrdə qurban kəsib paylamalarını reklam edirlər. Lakin tanıdığım elə adam da var ki, inək qurban kəsdi, ehtiyacı olan ailələrə yarım tona yaxın mal əti payladı. Əvvəlki illərlə müqayisədə, bu il insanlarımız təmizlik məsələsinə də daha çox önəm verdilər”, - deyə teoloq qeyd edib.

E.Miri vurğulayıb ki, dövlət tərəfindən kəsim yerlərinin müəyyən olunması müsbət haldır, lakin say baxımından hamının tələb və ehtiyaclarına cavab vermir.

“Gəlin, baxaq görək, o yerlərdən neçəsi Bakıya, neçəsi rayonlara düşür? Həqiqətən də, qurban kəsdirmək istəyən o yerlədən istifadə edə bilərmi? Və ya etməlidirmi? Təbii ki, hamımızın tanıdığı, etibar etdiyi qəssablar və ya ət satılan yerlər var. Kimsə öz həyətində qurban kəsdirəcəksə, bunu da tanıdığı qəssablara həvalə edəcək, öz həyətində də gigieyna və təmizlik qaydalarına diqqət edəcək. Ümumilikdə, kəsim yerlərinə mütləq nəzarətin də əleyhinəyəm. Yerlərlə bağlı siyahı  yalnız insanların imkanlarını daha geniş etmək üçün təklif oluna bilər. Amma bunu şərt olaraq tətbiq etmək də olmaz”, - deyə ilahiyyatçı söyləyib.

O əlavə edib ki, Türkiyədə müəyyən dərnəklər və yardım fondları var ki, ödəməni onlayn da edə bilərsən və sənin adından gerçəkləşən qurban kəsiminin  videosunu da sənə göndərirlər.

“Zamanla, bizdə də bu cür ola bilər. Sadəcə, sahibkarlara bu istiqamətdə şərait yaratmaq, eyni zamanda maarifləndirmə aparmaq lazımdır”, - deyə Elşad Miri əlavə edib.

Qeyd edək ki, Kənd Təsərrrüfatı Nazirliyi Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvan müəyyən edib.

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunur.

Həmçinin, qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunub. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə bilirlər.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »