Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda turizmin əbədi problemi: Tualet

Dəfələrlə yazmışıq, demişik, turizm ölkə iqtisadiyyatının onurğa sütununa çevrilməlidir, təbiətin bizə bəxş etdiyi gözəlliyi ölkənin mənafeyi naminə gəlir mənbəyinə çevirməliyik.

Təbiət üzərinə düşəni edib, dağ, meşə, dəniz, yaşıllıq... Deyir yaşa və yaşat. Di gəl biz bunu bacara bilmirik. Xaricə çıxışın məhdud olduğu bu dönəmdə böyük əksəriyyət istirahət üçün öz bölgələrimizə üz tutur. Amma bu qədər bolluq qarşısında (müştəri bolluğunu nəzərdə tuturam) göstərilən xidmət və müştəri ilə davranış sıfıra bərabərdir, əksər restoranlarda, satış yerlərində, hətta gündəlik qiyməti 120 manat olan otellərdə belə POS-terminal tapmaq olmur.

İkinci problem rayonlardakı restoranlarda qarson problemidir. Yemək sifariş verdinsə, gərək ən azı 50-60 dəqiqə gözləyəsən. Yəni bu müddətdə qarşına yemək gəlirsə, üstəlik, qonaqlar da çoxdursa, özünü şanslı hesab edə bilərsən. Turizm sahəsi bu işdən bixəbərlərin kurasiyasındadır. Və hansısa bir irəlliləyiş gözlənilmir. Xidmət sahəsində çalışanlar heç olmasa, kurs keçib bu sahəni öyrənməlidir. Amma bizdə , xüsusilə bölgələrdə gənclər (hətta bəzən az yaşlılar) bu işi ya bekarçılıqdan, ya ehtiyacdan və ya hansısa bir pilləyə çatana qədər vaxt ötürmək üçün icra edirlər. Nəticə isə göz qabağındadır.

Ölkədə aşağı ulduzlu ötellərin tikilməsinə nail olmaq lazımdır, POS-terminallardan istifadə etməyən, müxtəlif bəhanələr gətirən təsərrüfat subyektlərinə ciddi cərimələr tətbiq edilməli, regionlarda turizm işinin təşkili üzrə orta ixtisas məktəbləri yaradılmalıdır. Turizm iqtisadiyyatın digər sahələrilə qarşılıqlı əlaqəli formalaşmalıdır. Bizdə turizm dedikdə yalnız asan qazanc, lazım gəldikcə də müştəriyə yüksək qiymətlər oxumaq öyrədilir. Bu il ölkəyə gəlməmiş ərəblərin acığını yerli turistlərdənmi çıxırıq? Məsələn, çoxunun üz tutduğu "Qəbəland" alışıb yanır. Hazırda burada da dəyişiklik olub. İndi giriş pulu alırlar. Hər böyük istifadə edib-etməməsindən asılı olmayaraq, əyləncə mərkəzinə girirsə, adambaşı 15 manat ödəməlidir.

Uşaqlara isə yalnız 3 yaşdan aşağı pulsuzdur. Bir də niyəsə uşağın boy-buxununa əsasən qiymət oxunur. 10 yaşlarında 2 uşaqla bura daxil olmaq üçün 50 manatı gözə alın. Lakin məslə bununla da bitmir. Tir atıcılığı, kartinq, hovuza tullanma və SEGA oyun salonundan istifadəyə görə içəridə əlavə pul istənilir. Yəni giriş puluna bu əyləncələr daxil deyil. Ən pisi isə odur ki, 50 manata bütün pulsuz atraksionlardan istifadə edə bilmirsən. Səbəb çoxunun işləməməsi və ya yararsız halda olmasıdır.

Bir zamanlar keçmiş ölkə rəhbəri Vəzirov “əsas məsələ kənddə hamam məsələsidir” deyəndə insanlar lağ etmişdi. Amma kişi düz deyirmiş. İndi də kənddə əsas məsələ tualet məsələsidir. Ən pisi təbiət qoynuna üz tutanların tualetlə bağlı yaşadıqları əziyyətdir. Gigiyenik normalara əsla əməl edilmir, tualet əvəzinə çox zaman kiminsə yerə 4 paya basdırıb ətrafına əlinə keçənlə örtük çəkdiyi qəribə tikili ilə qarşılaşçacaqsınız. Orada nə su tapmaq olacaq, nə salfet. Var olan tualetlərdə də bu problem yaşanır. Mən belə başa düşürəm ki, rayonlarda hansısa bir kafe-restoran işlətməkdənsə, ödənişli tualet işlətmək daha çox qazandırardı. Çünki insanlar təmiz bir yerə getmək üçün 1 manatlarından keçməyə əsla üşənməzdilər. Heyif ki, ən lüks restoranlarda belə bu problemlə qarşılaşılır.

Qısası, ölkənin turizmlə bağlı gələcəyini yaxşı görmək, Gürcüstan , Türkiyə ilə ayaqlaşmaq istəyiriksə, ilk növbədə mədəni münasibət qurmağı öyrənməliyik. Bu sadəcə, obyekt sahibinin özünə maddi fayda gətirər. Müştəri vəlinemətdir.

İlhamə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »