Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaxın illərdə dünyada nəqliyyatla bağlı vəziyyət tam dəyişəcək
Tıxac, trafik

Dünyanın inkişaf etmiş ölkələri həm xərclər, həm də ekologiyanı qorumaq baxımından benzindən imtina etməyi planlaşdırır. Yanacaqdan imtina prosesinin gözləniləndən daha sürətlə inkişaf etdiyi üzə çıxıb.

Bizimyol.info xəbər verir ki, “Bloomberg”in təhlilçiləri araşdırmalardan sonra bu nəticəyə gəliblər. Onların fikrincə, 2027-ci ildən başlayaraq yanacağa tələbat kəskin azalacaq. Bu isə prosesin gözləniləndən ən azı dörd il tez baş tutması deməkdir.

Qərb bu məsələdə ilk addımı atacaq. ABŞ və Avropa daxili yanma mühərrikindən hamıdan tez imtina edəcək. Çin, Hindistan kimi dövlətlər isə əvvəlki proqnozların əksinə olaraq, benzindən çox istifadə etməyəcəklər.

Benzinə tələbatın azalması ətraf mühit üçün daha təhlükəsiz nəqliyyat vasitələrinin istehsalının artmasıyla əlaqədardır. Eyni zamanda, dünyanın iqtisadi gücləri yanacaqdan imtina vasitəsilə avtomobillərdən çıxan tullantı qazlarla hava çirklənməsinin qarşısını da almağa çalışırlar. Yəni prosesin bütün hallarda faydası gözlənilir.

Avropa Birliyi 2035-ci ilə qədər daxili yanma mühərriklərini qadağan etməyi planlaşdırır. Ayrı-ayrı ölkələr hətta məsələnin xeyli tez baş tutmasında maraqlıdır. ABŞ və Çin isə elektriklə işləyən nəqliyyat vasitələrindən istifadənin tətbiqini təşviq etməyə çalışır.

Analitiklər hesab edir ki, 2039-cu ildə dünyada minik avtomobillərinin sayı ən yüksək həddə çatacaq. Planetdə 1,5 milyard maşının şütüyəcəyi ehtimal edilir. Bu isə indikindən 26 faiz çox deməkdir. Yaxın on ildə yük daşımalarında da kəskin artım proqnozlaşdırılır. Amma bu daşımaların neftdən asılı olmayan nəqliyyat vasitələrilə həyata keçiriləcəyi bildirilir. Ehtimal olunur ki, “Tesla”, “Daimler”, “Volkswagen” dünyanı elektrik və hidrogen yanacağı ilə işləyən yük maşınlarıyla təmin edəcək.

“Blomberg”in analitiklərinin hesabatında yanacaqdan səmərəli istifadə, alternativ enerji mənbələrinə keçid və ictimai nəqliyyatın vacibliyi də qeyd olunub. Vurğulanıb ki, əgər bu məqamlara diqqət yetirilsə, zaman keçdikcə gediş-gəlişin sayı daha çox olsa da, yanacaq sərfiyyatı artmayacaq.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »