Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun daha təhlükəli ştammı yarana bilər
Tedros Adhanom Qebreyesus

Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adanom Qebreyesus "Delta"dan daha təhlükəli koronavirus ştammının yarana biləcəyi ilə bağlı xəbərdarlıq etdi.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, o, bu barədə Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyasında çıxışında bildirib.

"Virus nə qədər geniş yayılsa, onun daha çox növü yarana bilər. Mütəxəssislər bildirir ki, hazırda bu qədər təhlükəli sayılan "Delta" ştammının mütasiya nəticəsində daha təhlükəli olma potensialı var. Virusun nə qədər çox növü olsa, onların peyvəndlərdən daha çox  yayınmaq şansı yaranır - və bu baş verərsə, biz başlanğıc nöqtəsininə dönməyə məcbur olacağıq", - Qebreyesus bildirib.

Gebreyesus məşhur şirkət və müəssisələrə müraciət edib: "Onların sosial məsuliyyəti var. Vaksinlərin çoxu dövlət vəsaiti hesabına hazırlanıb. Bir çox şirkət bölüşmək üçün öhdəliklər götürdü, lakin insanların həyat təhlükə altında olduğu bir zamanda bu öhdəliklərin çoxu yerinə yetirilmədən qalır".

“Ölkələr sənayeni müharibələrə səfərbər edə bilirlərsə, niyə ortaq düşmənlə mübarizə aparmaq üçün eyni şeyi edə bilməzlər?", - deyə ÜST rəhbəri təəssüfləndiyini dilə gətirdi.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »