Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sel suları metro tunelinə dolub, ölənlər var
Sel suları metro tunelinə dolub, ölənlər var

Çinin Henan əyalətinin Çjençjou şəhərində metro tunellərini su basıb.

Bizimyol.info xəbər verir ki,  TASS-ın verdiyi məlumata görə, yerli hakimiyyət orqanları azı 12 nəfərin öldüyünü və daha beş nəfərin xəsarət aldığı barədə açıqlama veriblər.

Şəhər metropoliteninin beşinci xəttinin üstündəki dayanacaqda toplanmış yağış suları metro tunelinə dolaraq yolları tutub. Metropoliten rəhbərliyi dərhal nəqliyyatın hərəkətini dayandırıb və xəttə elektrik enerjisinin verilişi kəsilib.

Xilasetmə qrupu sərnişinlərin təxliyəsini təşkil edib və təxminən 500 nəfər tuneldən çıxarılıb.

“Onlardan 12 nəfərə köməklik göstərmək mümkün olmayıb, onlar ölüblər. Beş nəfər isə aldıqları xəsarətlər səbəbindən və xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »