Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şimal-Cənub" dəhlizi bizə nə qazandırır...
Bakı şəhəri

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının, o cümlədən, daxili dəmir yolu xətlərinin yenilənməsi və çəkilməsi kimi irimiqyaslı layihələr məhz, bu günə hesablanırdı”.

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Rusiya, İran və Hindistanın təsisçisi olduqları “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi də məhz Azərbaycanın varlığından və əhəmiyyətindən irəli gələrək, perspektivli bir layihə kimi ortaya çıxdı.

“Düzdür, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin təməli Rusiya, İran və Hindistan arasında 2000-ci ilin 12 sentyabr tarixdə imzalanmış hökumətlərarası saziş əsasında qoyulub. Azərbaycan isə buna 2005-ci ildə qoşulub. Sazişi 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) ratifikasiya ediblər.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yükləri daha qısa müddətə çatdırmaq idi. Qeyd olunan marşrut üzrə yükdaşımalar indiyədək 6-7 həftəyə başa gəlirdi, “Şimal-Cənub” dəhlizi isə bu vaxtı yarıyadək azaldacaq. Təbii ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi sayəsində.

Konteynerlər yüklənmə üçün Finlandiyaya göndərilmiş “ADY Konteyner” şirkətinə məxsus dəmiryolu platformaları ilə daşınır. "ADY Konteyner MMC" isə Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkətidir.

Bu dəhliz Zəngəzur dəhlizi açıldıqdan sonra daha böyük önəm qazanacaq”,- deyə siyasi şərhçi bildirib.

Leyla Mirzə

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
Son xəbərlər
Bütün xəbərlər »