Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda onaltımərtəbəli yaşayış binasında yanğın olub
Yanğın

Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bizimyol.info xəbər verir  ki, Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

***

Bizimyol.info xəbər verir  ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »