Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qurban kəsiminə hər yerdə nəzarət edə bilmərik”
Qurbanlıq qoyun

Hacı Sabir Həsənli: “Məscidlərin ətrafında gigiyena qaydalarına tam əməl olunub”

Keçən ilkinə nisbətən, bu il inanclı həmvətənlərimiz Qurban bayramını lazımi qaydada keçirə bildilər və hazırkı imkanlar şəraitində, vəziyyəti qənaətbəxş hesab edirəm.

Bu sözləri Bizimyol.info saytına Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədr müavini, İslam Universitetinin rektoru Hacı Sabir Həsənli bildirib.

Onun sözlərinə görə, cəmiyyət tədricən normal həyata qayıdır və bu, dini icmaların, məscidlərin fəaliyyətinə də təsir edir.

“Bu il insanlarımız bayram namazına toplaşa bildilər. Az da olsa, artıq məscidlərdə namaz qılınır və bu yaxşı haldır. Düşünürəm ki, zamanla düzələcək”, - deyə Hacı Sabir vurğulayıb.

O qeyd edib ki, Qurban Bayramı günlərində qurban kəsimi həyata keçirərkən, gigiyena və təmizlik məsələlərinə diqqət etmək lazımdır.

QMİ rəsmisinin sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi qurban kəsiminə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə nəzarət edib.

“Bayram ərəfəsində agentlik nümayəndələri ilə toplantı keçirdik və qərara aldıq ki, imkanlarımız daxilində gigiyena və təmizlik qaydaları ilə bağlı müvafiq tədbirlər görək. Əlbəttə ki, hər yerdə qurban kəsiminə nəzarət edə bilmərik. Bazar və yolkənarlarında durumun necə olduğunu deyə bilmərəm, amma məscidlərin həyəti və məscidlərə yaxın yerlərdə gigiyena qaydalarına tam əməl olunub”, - deyə Hacı Sabir Həsənli əlavə edib.

Qeyd edək ki, Kənd Təsərrrüfatı Nazirliyi Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvan müəyyən edib.

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunur.

Həmçinin, qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunub. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə bilirlər.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
››› Blogger Rusiya pasportu ilə Qarabağa buraxıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »