Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yayılan məlumat doğrudursa, İranın vəziyyəti ağır olacaq”
“Yayılan məlumat doğrudursa, İranın vəziyyəti ağır olacaq”

“Həm ağır sanksiyalar, həm də davam edəb qlobal səhiyyə böhranı ilə əlaqədar olaraq siyasi, iqtisadi və sosial vəziyyəti onsuz da ağır olan İran üçün əlavə problemlər yaranmaqdadır. ABŞ İranın nüvə məsələsində tutduğu mövqeyinə görə, ona qarşı yenidən, amma bu dəfə İran üçün iqtisadi vəziyyətinə ciddi şəkildə təsir edəcək vacib əhəmiyyətə malik neft-qaz sənayesinə qarşı növbəti ağır sanksiyaların tətbiq ediləcəyini bildirib”.

Bu fikirləri siyasi şərhçi Samir Hümbətov Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, ABŞ tərəfi verdiyi açıqlama ilə məsələyə belə aydınlıq gətirir ki, əgər İran tərəfi nüvə danışıqlarına yenidən qayıtsa, ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etmək niyyəti yoxdur.

Samir Hümbətov Samir Hümbətov

“Bayden adminstrasiyasının İrana qarşı qoyulmuş əsas planlardan biri Çinə gündə təxminən 1 milyon barrelə qədər xam neft ixrac edən nəqliyyat şəbəkələrini hədəfə alaraq İranı bu kritik gəlir mənbəyindən məhrum etməkdir.

"Uol Strit” jurnalının ABŞ rəsmilərinə istinadla yaydığı məlumat gerçək olarsa, bu İran iqtisadiyyatının tamamilə çöküşü deməkdir ki, bunun da nəticəsi İran və region ölkələri üçün heç də yaxşı perspektiv vəd etmir. Şübhəsiz ki, bunun da özünəməxsus səbəbləri var.

Birincisi, 3 il əvvələ qədər İrana neft və qaz satışından ildə təqribən 100 milyard dollar vəsait gəlirdisə, artıq 2018-ci ildən bəri bu gəlir təqribən 8-12 milyard dollara düşüb. Ticarətin də əsas hissəsini Çinlə əməkdaşlıq təşkil edir. Çin də mümkün qədər barter üsulundan istifadə etməyə çalışır.

İkincisi, İran iqtisadiyyatının sürətli çöküşü İran daxilində vəziyyəti gərginləşdirir və hökumətdən narazı olan sosial kütləni hər gün bir az daha artırır.

Üçüncüsü, ölkədə ticarətin durduğunu, iqtisadiyyatın məhvə doğru getdiyini və vəziyyətin ağırlığını görən vətəndaşlar daha çox üstünlüyü ölkədən xaricə çıxıb getməkdə görürlər ki, bu da həm ölkədə insan kapitalının azalması, beyin axını və köç dalğasının yaranmasını sürətləndirir.

Dördüncüsü, sanksiyaların nəticəsində ölkədə ehtiyyat maliyyə vəsaiti tükənməyə doğru gedir, iş yerləri bağlanır, işsizlik sürətlə artır və İranın həyata keçirmək istədiyi istənilən növ layihələrin icrası maliyyə çatışmazlığına görə ya başladılmır və yaxud da dayandırılır.

Hesab edirəm ki, yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, hər gün bir az daha iqtisadi vəziyyətinin ağırlaşdığını görən İran dövləti vəziyyətini normallaşdırmaq və iqtisadiyyatını yaxşılaşdırmaq məqsədilə nüvə məsələsində danışıqlar masasına oturacaq. Ola bilər ki, danışıqların formatına uyğun olaraq İrana qarşı tətbiq edilən sanksiyaların yumşaldılması da gözlənilə bilər”,- deyə siyasi şərhçi bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »