Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əliyev və Putinin Moskva görüşündə hansı mövzular müzakirə olunacaq…
Vladimir Putin və İlham Əliyev
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin iyulun 20-də Moskvada görüşəcəklər.

Bildirilib ki, görüşdə Rusiya-Azərbaycan münasibətlərində strateji əməkdaşlığın əsas istiqamətləri kimi ticarət-investisiya və humanitar əməkdaşlıq istiqamətində müzakirələr aparılacaq. Tərəflər həmçinin, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmanın tam həyata keçirilməsini və nəqliyyat əlaqələrinin blokdan çıxarılması və inkişafı istiqamətindəki mövuları danışacaqlar.

“Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Moskvaya işgüzar səfər edəcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Peskov onu da əlavə edib ki, tərəflər arasında hansısa sənədin imzalanması gözlənilmir”. Bu fikirləri siyasi şərhçi Samir Hümbətov Bizimyol.info-ya açıqlaması zamanı bildirib.

Samir Hümbətov Samir Hümbətov

Onun sözlərinə görə, Azərbaycan İlham Əliyevin Rusiyaya qəfil səfəri haqqında məlumatlar yenicə yayılsa da, regionda baş verən proseslərin fonunda bu səfərin reallaşması gözlənilən idi.

“Ona görə ki, 10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyannamələrdən sonra Rusiya "sülhməramlıları"nın nəzarət etdiyi ərazilərdən erməni terrorçu dəstələrinin atəşkəsi pozaraq Azərbaycanın mövqelərini atəşə tutması və Azərbaycan silahlı qüvvələrinin buna qarşılıq göstərməsi, Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi, Azərbaycanın həm Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə, həm də Rusiya "sülhməramlıları"nın xidməti nizamnamədən kənara çıxan fəaliyyətlə məşğul olmasına qarşı ciddi narazılığı bu görüşü labüd edirdi.

Ola bilsin ki, Azərbaycan Prezidenti ilə Rusiya lideri arasında görüş zamanı qeyd etdiyim məsələlər də müzakirə edilsin, amma əsas mövzunun Qarabağ ətrafında baş verən prosesləri əhatə edəcəyini düşünmək olar”,- deyə siyasi şərhçi bildirib.

Leyla Mirzə

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »