Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhidimizin həyat yolu: "Ədəb-ərkanı, əxlaqı ilə seçilirdi, ibadət edirdi" - Foto, Video
Şəhid İbrahimov Sultan Mikayıl oğlu

İkinci Qarabağ Müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi. 30 illik işğal minlərlə şəhidin qanı bahasına başa çatdı. Bu haqq mübaizəsində şəhid olan gənclərdən biri də İbrahimov Sultan Mikayıl oğludur.

Şəhid İbrahimov Sultan Mikayıl oğlu

Sultan İbrahimov 1996-cı il aprel ayının 24-də Salyan rayonunda anadan olub. İbtidai təhsilini Salyan rayon Aşıq Pənah adına 1 saylı humanitar fənnlər təmayüllü məktəb-liseyində alıb. Orta təhsilini bitirdikdən sonra Bakı Biznes və Kooperasiya Kollecinə daxil olur.

Şəhidimizin atası Mikayıl İbrahimov Bizimyol.info saytına bildirib ki, Sultan 2016-cı ildə kolleci bitirib, iyul ayında hərbi xidmətə yollanıb. Hərbi xidmətini Naxçıvan MR-da keçirən Sultan istedadlı gənc olub. Hərbi xidmətdə olarkən snayperçi hərbi ixtisasına yiyələnib:

“Riyaziyyata xüsusi marağı vardı. Bir çox müsabiqələrdə iştirak etmişdi. O, həm də idmançı idi. Dinimizə, adət-ənənələrə bağlı biri idi. 2018-ci ilin yanvarında ordudan tərxis edildikdən sonra bir il Salyanda dostlarının arasında oldu. İbadət edir, mütaliə ilə məşğul olurdu. Ən çox sevdiyi isə dini və klassik ədəbiyyatlar idi. Yaşıdlarının arasında ədəb-ərkanı, böyük-kiçiyin yerini bilməsi, əxlaqı ilə seçilirdi. Vətənpərvərlik mövzusunda olan televiziya verilişlərinə baxmağı çox xoşlayırdı”.

Hərbi xidmətini bitirdikdən sonra isə 2019-cu il oktyabr ayında Dövlət Sərhəd Xidmətində işə qəbul olunur. Kiçik gizir rütbəsi alaraq Lənkəranın Vel kəndində sahil mühafizə xidmətində nəzarətçi kimi işlməyə başlayır. 2020-ci il, sentyabrın əvvəllərində Sultan İbrahimov işindən ayrılıb XTQ-ə keçmək üçün rəhbərliyə müraciət edir:

“Xeyir-dua istədi. Bu hərəkəti məni təəcübləndirdi. Soruşdum ki, sən dünənə kimi işindən razılıq edirdin. İndi nə sıxıntın var ki, birdən-birə işindən uzaqlaşmaq istəyirsən? O heç bir sıxıntısının olmadığını, sadəcə belə lazım gəldiyini, atanın xeyir-duasına ehtiyacı olduğunu dedi. Lakin bəstəboy olması və çəkisinin azlığına görə Sultanı XTQ-ə götürmək istəmirlər. Sultan idmançı olduğuna görə fiziki hazırlığı yüksək səviyyədə idi. Odur ki, onu qeydiyyata aldılar. Deyirdi ki, bizi qısa müddətli təlimlərə cəlb ediblər. Əgər normativləri ödəyə bilsəm, Xüsusi Təyinatlı Qüvvələrə qəbul ediləcəyini dedi. Sevindim. Amma o zaman bilmiridm ki, Sultan, yaxınlarda başlanacağı gözlənilən müharibədə iştirak etmək üçün bu mərhələlərdən keçir. Sən demə, onlar müharibənin başlayacağını bilirmişlər. Biz isə yalnız müharibə başlayandan sonra başa düşdük ki, Sultan və onun kimi vətənpərvər oğullar könüllü olaraq müharibədə iştirak etmək üçün bu fədakarlığı edirmişlər. Sonralar öyrəndik ki, Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunmaq üçün Sultanla bərabər iki yüz nəfər qeydiyyatdan keçibmiş. Bunlardan yalnız iyirmi üç nəfər Sərhəd Qoşunlarının Xüsusi Təyinatlısına düşə bilib. Sultangili əvvəlcə Sitalçay ərazisinə, sonra isə Ağgöl və Daşkəsənə təlimlərə göndərdilər. Müharibənin ilk günlərində isə artıq onlar Kəlbəcər istiqamətində Murovdağ yüksəkliklərində idilər”.

Cəbrayıl rayonunun düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Sultan oktyabrın 24-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində qəhrəmancasına şəhid olur. Sultan İbrahimov, Salyan Rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhid İbrahimov Sultan Mikayıl oğlu

S.İbrahimov, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədkarlıq göstərdiyinə, habelə, təşəbbükar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə "Döyüşdə fərqlənmə" medalı ilə tətif edilib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »